• cümə axşamı, 28 mart, 20:58
  • Baku Bakı 13°C

Məşhur pianoçu Xatiya Buniatişvili Bakıda konsert verəcək

19.08.19 10:45 8450
Məşhur pianoçu Xatiya Buniatişvili Bakıda konsert verəcək
Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcək.
AZƏRTACxəbər verir ki, konsert Ü. Hacıbəyli XI beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
Konsertdə F.Əmirovun "Azərbaycan kapriççiosu”, Niyazinin "Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın "Fortepiano və orkestr üçün Ərəb mövzularına konserti” səslənəcək.
banner

Oxşar Xəbərlər