• cümə axşamı, 25 aprel, 19:03
  • Baku Bakı 21°C

Məşhur klubun prezidenti olacağını təsdiqlədi

05.05.20 12:30 642
Məşhur klubun prezidenti olacağını təsdiqlədi
Fransız basketbolçu Toni Parker "Lion” klubunun prezidenti olacağını təsdiqləyib.
Kaspi.az xəbər verir ki, Parker MBA-da "San-Antonio” və "Şarlott Hornest” kimi klubların şərəfini qoruyub. O, 2023-cü ildə hazırkı prezident Jan-Mişel Olyas postunu tərk etdikdən sonra bu vəzifəni tutacağını deyib:
"Birincisi, bu xəbər doğrudur və mənim üçün böyük şərəfdir. Həyatım boyu belə bir şey olacağı haqda fikirləşə bilməzdim.
Bu, fantastik fürsətdir. "Lion” dünyanın 50 ən güclü klubundan biridir. Onların əla infrastrukturu və böyük büdcəsi var”.
Toni Parker hazırda Fransanın "Villerban” basketbol klubunun prezidentidir.
banner

Oxşar Xəbərlər