• cümə, 19 Aprel, 11:06
  • Baku Bakı 13°C

Məşhur italiyalı aktyor vəfat edib

24.08.19 14:00 4763
Məşhur italiyalı aktyor vəfat edib
Məşhur italiyalı aktyor Karlo Delle Pyane 83 yaşında Romada vəfat edib.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.
Aktyorun həyat yoldaşı bildirib ki, Karlo Delle Pyane bu yaxınlarda aktyor karyerasının 70 illiyini qeyd edib. O, Alberto Sordi, Vittorio De Sika, Toto, Pupi Avati kimi rejissorlarla işləyib.
Karlo Delle Pyane "Tələbə yürüşü" filmində ("Una gita scolastica", 1983-cü il) yaratdığı uğurlu rola görə "Qızıl qlobus" mükafatı və Venesiya kino festivalının Pazinetti mükafatı laureatı olub. O, həmçinin "Milad hədiyyəsi" filmində ("Regalo di Natale", 1986-cı il) uğurlu roluna görə "Gümüş aslan" mükafatı qazanıb.
banner

Oxşar Xəbərlər