• cümə axşamı, 25 aprel, 01:06
  • Baku Bakı 19°C

Məşhur futbolçunu gülləboran etdilər

09.01.20 12:08 652
Məşhur futbolçunu gülləboran etdilər
"Real Sosyedad”ın və Serbiya yığmasının sabiq futbolçusu Darko Kovaçeviç Yunanıstanda problemlə üzləşib.
Kaspi.az xəbər verir ki, naməlum şəxs Kovaçeviçi gülləboran edib. Futbolçu yerə uzanaraq güllələrdən qorunub. Onu xəstəxanaya çatdırıblar. Kovaçeviçin həyatı üçün heç bir təhlükə yoxdur.
Yunan polisinin ilkin araşdırmasına görə, hadisəni peşəkar killer törədib. O, Kovaçeviçi öldürmək niyyətində olmayıb, sadəcə ona xəbərdarlıq edib.
Killerin istifadə etdiyi avtomobil aeroportun yaxınlığında yanmış vəziyyətdə tapılıb. Darko bildirib ki, indiyə qədər heç kimdən təhdid xarakterli mesaj almayıb.
Kovaçeviç karyerasını 2009-cu ildə Yunanıstanda bitirib.
banner

Oxşar Xəbərlər