• cümə, 19 Aprel, 03:24
  • Baku Bakı 18°C

Mərkəzin xidmətlərindən artıq 3 mindən çox vətəndaş faydalanıb

27.05.19 13:00 353
Mərkəzin xidmətlərindən artıq 3 mindən çox vətəndaş faydalanıb
İlk DOST mərkəzinə elə ilk gündən vətəndaşlar tərəfindən böyük maraq müşahidə edilir. Fəaliyyətə başladığı gündən artıq 3 mindən çox vətəndaş müraciət edərək DOST mərkəzinin xidmətlərindən faydalanıb.
Vətəndaşların əksəriyyətini əlilliyi olan şəxslər, pensiyaçılar, müavinət və ya təqaüd alanlar, işsiz və işaxtaran vətəndaşlar, muzdla çalışanlar təşkil edib. Onların müraciətləri pensiya və sosial sığorta, sosial müavinət və təqaüdlər, məşğulluq xidmətləri, əlillik, tibbi ekspertiza və reabilitasiya vasitələri ilə təminat, sosial xidmətlər və s. ilə bağlı olub.
Mərkəz Bakının Yasamal və Səbail rayonlarının əhalisi üçün nəzərdə tutulub. Burada əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə "bir pəncərə"dən, şəffaf və operativ şəkildə, vahid standartlar əsasında 126 növdə xidmət göstərilir. Hər gün mərkəzə 350-400 arası vətəndaş müraciət edir. Xidmətlərdə əsas məqsəd vətəndaşların məmnunluğuna nail olunmasıdır.
2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzi istifadəyə veriləcək. Bütün DOST mərkəzləri yaradılıdıqdan sonra vətəndaşların qeydiyyatından asılı olmayaraq, müraciət edən hər kəsə xidmətlər göstəriləcək.
banner

Oxşar Xəbərlər