AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mərkəzi Qan Bankı koronavirusdan sağalan şəxslərə yenidən müraciət edib

Mərkəzi Qan Bankı koronavirusdan sağalan şəxslərə yenidən müraciət edib

Təfsilat
06 İyul 2020, 15:15 375
Mərkəzi Qan Bankı koronavirusdan sağalan şəxslərə yenidən müraciət edib.

Müraciətdə bildirilir ki, koronavirusdan sağalmış şəxslər hazırda ölkəmizdə müalicə alan ağır koronavirus xəstələrinə öz qanlarını hədiyyə edə bilər: "Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir”.

Qeyd edək ki, Mərkəzi Qan Bankı bir müddət əvvəl də koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor olmaları ilə bağlı müraciət etmişdi. 

Mərkəzi Qan Bankının əlaqə nömrələri: 907

+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52.