• cümə axşamı, 18 aprel, 06:59
  • Baku Bakı 12°C

Mərkəzi Bank ərzaq məhsullarının kəskin bahalaşmasını gözləmir

19.09.17 13:55 1265
Mərkəzi Bank ərzaq məhsullarının kəskin bahalaşmasını gözləmir
"İnflyasiyanın səviyyəsi ilə bağlı proqnoz vermək çətindir. Mənim fikrimcə, mövsümi amillərdən yəni, yay fəsli ilə əlaqədar ərzaq məhsullarında ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya "sıçrayışı" olmayacaq".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədriElman Rüstəmovdeyib.

Onun sözlərinə görə, hökumət ilin sonuna inflyasiyanın sürətlənməsini gözləmir: "Bilirsiniz ki, istehlak səbətində ərzağın payı əhəmiyyətlidir. Hər hansı fundamental amil, xarici amildən, yəni inflyasiya ixracından başqa inflyasiyanın sürətlənməsinə səbəb olan daxili amil görmürük".
E.Rüstəmov əlavə edib ki, hökumətin hələ də müəyyən dərəcədə inflyasiya ilə bağlı gözləntiləri qalıb: "Bizim əsas vəzifəmiz ilin sonuna qədər bu gözləntiləri effektiv idarə etməkdir".
banner

Oxşar Xəbərlər