• cümə, 29 Mart, 03:09
  • Baku Bakı 7°C

Mərkəzi Bank: Dollar krediti götürüb artıq ödəniş edənlərə kompensasiya veriləcək - Video

28.02.19 16:49 1817
Mərkəzi Bank: Dollar krediti götürüb artıq ödəniş edənlərə kompensasiya veriləcək - Video
"Əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq”.

Bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov "REAL TV”nin canlı efirində prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın müzakirəsi zamanı deyib.
Mərkəzi Bank rəsmisi deyib ki, Prezidentin bugünkü fərmanı 450 min nəfər dollar krediti olan vətəndaşa şamil ediləcək

Əlavə, 400 min nəfər isə 1 ildən artıq müddətdə krediti ödəyə bilməyən vətəndaşın borcları restrukturizasiya olunacaq.

Hər ailədə ümumilikdə 4 nəfərin yaşadığını nəzərə alsaq, fərmandan yararlanan vətəndaşların sayı 2.5-3 milyon nəfər olacaq.

1 dollar 0.78 qəpik olanda kredit götürüb onu 1.05 və ya 1.70-lə ödəmiş vətəndaşlara da dövlət tərəfindən kompensasiya ödəniləcək. Kompensasiya borc tam ödənilibsə vətəndaşın özünə, tam ödənilməyibsə, banklara ödəniləcək və qalan borcdan çıxılacaq.

Əgər dollar krediti sonradan manatla olan müqaviləyə keçirilibsə, fərman bu halda da tətbiq ediləcək. Güzəşt kreditlərini manata keçirən vətəndaşa da şamil ediləcək.
banner

Oxşar Xəbərlər