• cümə, 29 Mart, 16:32
  • Baku Bakı 14°C

“Mercedes“lə “Jiquli“ toqquşdu, yaralılar var

02.06.14 15:36 949
“Mercedes“lə “Jiquli“ toqquşdu, yaralılar var
Masallı rayununda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Milli.Az CTV-yə istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini, 1968-ci il təvəllüdlü Fariz Məmmədov sükanı arxasında olduğu "Mercedes" maraklı avtomobillə Astara istiqamətində hərkətdə olarkən qarşı tərəfdən gələn "VAZ 21 04" markalı avtomobillə toqquşub.
Qəza zamanı "VAZ 21 04"də olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Mercedes"in sürücüsünün sözlərinə görə, qəzanın baş verməsinə "VAZ 21 04"ün sürücüsü səbəb olub.
banner

Oxşar Xəbərlər