“Mənim Bakcellim” mobil applikasiyasında yenilik: “Bakcell” dən onlayn çat
30.11.18 14:00
859
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet
Provayderi Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ
müştəri xidməti aləti olan – "Mənim Bakcellim” applikasiyasına mühüm yenilik əlavə
edib.
Belə ki, abunəçiləri daha rahat və əlverişli müştəri
təcrübəsi ilə təmin etmək üçün Bakcell özünün "Mənim Bakcellim”
applikasiyasında Onlayn Çat funksiyasını işə saldı. Onlayn Çat vasitəsilə
Bakcell abunəçiləri istənilən vaxt operatorla canlı əlaqə qurub öz suallarını
verə bilərlər.
Qeyd edək ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi
ilə təmin etmək üçün Bakcell virtual müştəri xidməti tətbiqetməsini istifadəyə
verdi. "Bakcell”in özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar
etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac
qalmadı.
"Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı
ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar,
istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan
meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən,
növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.
Bundan əlavə, "Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı
ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng
olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, sərf olunmuş məbləğlər
və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid
bütün məlumatlara tam nəzarət edə biləcəklər.
Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri
təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə
yanaşı ən yeni məhsul və xidmətlərlə təmin
edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə
şəbəkəsi qurmağa nail olub. Bakcell abunəçilərin arzu, təklif və ehtiyaclarını
nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı onları əhəmiyyətli dərəcədə
rahatlıq və şəffaflıqla təmin edir. Abunəçilərə təqdim olunan xidmətin keyfiyyətini
artırmaq məqsədilə "Mənim Bakcellim” vasitəsilə təmin edilən müştəri təcrübəsi
daim ölçülür və diqqət mərkəzində saxlanılır. Xidmət səviyyəsinin daha da yüksəldilməsi
üçün Bakcell öz abunəçilərinin bütün rəy və təkliflərini nəzərdən keçirir və
yeni mobil applikasiyanı Google Play və Appstore portallarında qiymətləndirib
müvafiq rəy yazmağa dəvət edir.
"Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə
çalışan cihazlar üçün "Google Play” və "Appstore” portallarından yükləmək olar.
Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi
cihazlarda "Mənim Bakcellim” proqramının
"desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və
proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli
Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri
istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən
mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və
Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində
mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi
əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri
(bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan
"P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə
görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət
"Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün
dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində
ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı
məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə
daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news
(və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və
xidmətləri haqqında məlumat əldə edə bilərlər.