• cümə, 29 Mart, 17:51
  • Baku Bakı 14°C

MƏNi üçün çarpışan adam

10.08.19 10:52 8647
MƏNi üçün çarpışan adam
Siyasi xal qazanmaq üçün fürsət axtarmaq AXCPsədri Əli Kərimli üçünhər zaman var!
Bu dəfə işğalçı Ermənistanın baş naziri Paşinyan siyasi divident axtarışlarında onun işinə "yaramağ”a başlayıb. Paşinyan neçə gündür öz sərsəmləmələri ilə siyasi gündəmi zəbt edib və paralel olaraq gündəm həvəsinə düşənKərimli bu məsələlərdən özünəməxsus şəkildə yararlanaraq Azərbaycan hakimiyyətinə davamlı tənqidlər ünvanlayır.
Tənqidlərin motivi nədir ?
Motiv əslində həmişəkidir, sadəcə, vurğusu artıb, emosional tonu yüksəlib, guya Azərbaycan üçün yanan bir ürək baş verə biləcəklərdən əndişəlidir. Kaş ki belə olaydı!
Hədəfdə iqtidardır; guya mövcud hakimiyyət Qarabağ məsələsində təslimçi sülhə razılaşıb; məhz bu məsələ mövcud iqtidarın beynəlxalq aləmlə dil tapmasında əsas rol oynayır.
GuyaErmənistan demokratikləşib, artıqQarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlarda İrəvanın mövqeyi güclənir və o, bunun xəbərdarlığını uzaqgörənliklə qabaqcadan verib.
Əgər Kərimli siyasətin içərisində olan birisidirsə, bilməmiş deyil ki, Qarabağ məsələsi Azərbaycan hakimiyyəti üçün prinsipial məsələdir; iqtidarın münaqişənin həllindən bir addım belə geri atması mümkün deyil.
Yox, əgər bilir,başqa mövqedən münasibət göstərməyi seçirsə, bu, artıq riyakarlıqdır və Kərimli məsələni birmənalı siyasi alətə çevirib, ictimai rəyi aldatmağa cəhd edir.
Onun münaqişə ilə bağlı iddia etdiklərini keçmişə dair proseslər əməlli yalanlayır.
Söhbət ondan gedir ki, hər iki ölkədə demokratiyanın bərqərar olması konfliktin çözümündə başlıca şərt olardısa, heç də uzaq sayılmayan bir keçmişdə belə bir şərait var idi:Elçibəy onların demokratikadlandırdıqları prezident idi və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter Petrosyanınvaxtında demokratiya Ermənistanda pik həddə çatmışdı. Amma münaqişə ta bugünə qədər həllolunmaz qaldı.
Haqlı sual ortaya çıxır: "demokratlar” problemi niyə danışıqlar yolu ilə həll edə bilmədilər?!
Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə başqa şey göstərir. Belə ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən 907-ci düzəliş də elə Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq edilməyibmi?
Kərimlinin məntiqindən belə görünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlayıb. Təəssüf...Əli Kərimli hətta ən qatı erməni milliyyətçilərinin demədiyini də deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir.
Heç kəs unutmur ki, bu şəxs 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən bir iqtidarın yüksək vəzifəli nümayəndəsi olub. Daha pisi radikal müxalifətçilik fəaliyyətində saxta vətənpərvər rolu oynamaqdan tutmuş, öz təşkilatında ikitirəlik yaratmaq, liderini satmaq, partiyadaşlarını ləkələmək kimi çirkinliklərə getməkdən utanmayan birisidir. Əslində beləsindən Azərbaycan əleyhinə niyə çalışır, niyə hakimiyyətə çamur atmağa cəhd edir-kimi gileyli olmaq mənasızdır: çünki Kərimli heç bir müsbət keyfiyyətin daşıyıcısı deyil; yaxşılıq üçün yaranmayıb; ümumi mənafeyə faydalı adam deyil; şəxsi mənfəətini bütün mənfətlərdən önə qoyur və yalnız öz MƏNi üçün çarpışır.
Şəxsiyyəti xarakterizə edən bu keyfiyyətlər onun partiyadaşlarının müşahidələrindən zaman-zaman hamının müşahidəsinə çevrilib. Çevrilib ki, ümumi ictimai rəydə onun pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu komandanı belə öz siyasi iddiaları naminə istismar edən adam obrazı tamamən möhkəmlənib.
Azərbaycan torpaqlarının müdafiəsində heç zaman iştirak etməyən birisinin vətən müdafiəsindən danışması, hakimiyyəti müdafiə edə bilməməkdə suçlaması o qədər gülüncdür ki...Hələ bu da var ki, sənin mənsub olduğun iqtidar istər masa ətrafında, istər müharibə taktikasında uğurlar yaza bilmədisə, indi yekə-yekə danışmaq ancaq gülüş doğurar, başqa heç nə!
Bir başqası olsa, bəlkə utanardı böyük danışmağa, ittihamçı ovqatda dayanmağa. Kərimli isə əsla utanmır. Utanmır ki, o zaman dövlət katibi kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla, xarici siyasət sahəsinə məsul şəxs idi, amma konfliktin çözümü üçün yaddaşlarda qalan heç bir tutarlı qərara imza atılmadı.
Əlbəttə, indi hər gün öz evində, kitab rəfinin önündə oturub internet tv-lərdə hakimiyyəti tənqid etmək asandır.Amma o zamanlar"Moskva” və "Naxçıvan” mehmanxanalarının satışının tənzimlənməsinə qarışan başın yadına nə Qarabağ düşürdü, nə Qarabağdan didərgin düşən əhali.
Dövlət katibi kimi fəaliyyəti ilə o, yalnız bunu sübut etdi ki, şəxsi maraqları ümummilli problemlərdən üstündür; kim olur-olsun, harda olur-olsun, bu prinsip heç zaman dəyişməyəcək. Dəyişmədi də!
1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq ümummilli bir təpgi idi. Lakin bu mitinqin səhnəsi qurulmadı, qərarları verilmədi, çünkiKərimlinin ABŞ səfirliyindən aldığı böyük miqdarda pulun sayəsində mitinq baş tutmadı.
Adam mövqeyində səmimi olanda, ziddiyyətli danışmaz. Kərimlinin çıxışlarında, baxışlarında o qədər ziddiyyətlər tapmaq mümkündür...
Ermənistanda "məxməri inqilab” başlayan zaman o, israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Amma Keşikçi Dağ məsələsində Azərbaycan sərhədçilərini cəsarətsizlikdə ittiham etdi. Bu məntiqsizlik göstərir ki, Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xaricisifariş və şəxsi mənafe.
Paşinyanın sərsəmləmələrinə münasibəti də hansı mənbələrdən qaynaqlanır -bəllidir. Kərimliyə siyasət səhnəsində ona görə parlaq bir yer yoxdur,Azərbaycan ictimai rəyibu adı ona görə hafizəsindən tamamən silməlidir ki, bu ad, bu persona Qarabağ məsələsində hər zaman xəyanətkar mövqe tutub!
Elman Babayev
banner

Oxşar Xəbərlər