• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

“Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər”

11.12.18 14:30 589
“Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər”
Dekabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şirvan Şəhərində "Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi Rəşid Paşalı,Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, AMEA-Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Mübariz Göyüşlü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov mənəvi dəyərlərin təbliği ilə bağlı Sirvan şəhərində görülən işlərdən bəhs edib.O tədbirin mahiyyətindən danışaraq dövlət-din münasibətləri haqqında geniş məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində gördüyü çoxşaxəli tədbirlər nəticəsində respublikada ictimai sabitliyin, əmin-amanlığın təmin edildiyini və sosial–iqtisadi inkişafın böyük uğurla həyata keçirildiyini vurğulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi Rəşid Paşalı tədbir iştirakçılarına Fondun gördüyü işlər, həyata keçirdiyi layihələr, Bakı və regionlarda gerçəkləşdirdiyi seminarlar haqqında geniş məlumat verib.O milli-mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu istiqamətdə müvafiq dövlət qurumlarının daim çalışmalar həyata keçirdiyini qeyd edib. Yeni yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu olaraq bu məsələyə daim önəm verdiklərini söyləyən R.Paşalı bundan sonar da bu istiqamətdə fəaliyyətin davam edəcəyini vurğulayıb.
Daha sonra AMEA-Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Mübariz Göyüşlü cəmiyyətin formalaşmasında madiyyatla yanaşı mənəvi amillərin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Natiq öz çıxışında hər bir Azərbaycan vətəndaşının dövlət atributlarını qorumağa məsul olduğunu diqqətə çatdırıb. O xalqımızın milli-mənəvi dəyərlərinin zənginliyindən danışaraq, Azərbaycan milli kimliyini formalaşdıran tariximizdən,dilimizdən,dinimizdən,ətraflı bəhs edib. İşğal olunmuş torpaqlarımızdan bəhs edən çıxışçı Azərbaycan ordusunun onu azad etmək gücündə olduğunu və buna inandığını söyləyib. M.Göyüşlü kitabın, mütaliə mədəniyyətinin fərdi və ictimai amillərin formalaşmasında mühüm rol oynadığını söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov milli-mənəvi dəyərlərin qorunması və təbliğ olunması sahəsində aktiv şəkildə çalışmalar həyata keçirdiklərini, bu sitiqamətdə dini icmalarla yaxından əməkdaşlıq etdiklərini qeyd edib.
Sonda tədbir iştirakçıları mövzu ətrafında fikirlərini bildiriblər.
banner

Oxşar Xəbərlər