“Mən və O”
Layihənin qonaqları Respublikanın Əməkdar artisti Şövqi Hüseynov və həyat yoldaşı Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovadır.
Sevdiyiniz teatr?
Şövqi Hüseynov:
Mən:
M.Zaxarovun "Lenkom” teatrını çox sevirəm.
O:
Gənc Tamaşaçılar Teatrını sevir.
Şəbnəm Hüseynova:
Mən:
Gənc Tamaşaçılar Teatrını sevirəm.
O:
Gənc Tamaşaçılar Teatrını sevir.
Sevdiyiniz aktyor/aktrisa?
Şövqi Hüseynov:
Mən:
Əslində, sevdiyim aktyor-aktrisa çoxdur. Məlik Dadaşov, Zərnigar Ağakişiyevanın
adını çəkə bilərəm.
O:
Məni bir aktyor kimi sevib, sonra biz ailə həyatı qurmuşuq. Sevdiyi aktyor Şövqi
Hüseynov, aktrisa Şəfiqə Məmmədova deyə bilərəm.
Şəbnəm Hüseynova:
Mən:
Şəfiqə Məmmədova, Merill Strip, D.Hoffman, Şövqi Hüseynov sevdiyim sənətkarlardır.
O:
Şəfiqə Məmmədova və Robert de Nironu çox sevir.
Sevdiyiniz rejissor?
Şövqi Hüseynov:
Mən:
Cənnət Səlimova.
O:
Cənnət Səlimova.
Şəbnəm Hüseynova:
Mən:
Cənnət Səlimova.
O: Cənnət Səlimova.
Sevdiyiniz tamaşa/film?
Şövqi Hüseynov:
Mən:
C.Səlimovanın "Şeyx Sənan” tamaşası və "Yaşıl mil” (Frank Darabont, 1999) filmi
O:
"İtlər” ("Axırıncı qatar”, rejissor C.Səlimova) tamaşasını və "Köhnə tüfəng” (Robert Enrico, 1975) filmi
Şəbnəm Hüseynova:
Mən:
"İtlər” tamaşası və "Ata” və (Vladimir Maşkov, 2004), "Bəyin oğurlanması”
(Ceyhun Mirzəyev, Vaqif Mustafayev, 1985) filmləri.
O:
"Şeyx Sənan” (rejissor C.Səlimova) tamaşası, "Xaç atası” (Frensis Ford Koppola,
1972), "Qəm yemə” (Georgi Daneliya,
1969) filmləri.
Sevimli rolunuz?
Şövqi Hüseynov:
Mənim:
Poprışşin
("Dəlinin qeydləri”)
Onun: "İtlər” tamaşasında Malış rolu.
Şəbnəm Hüseynova:
Mənim:
Malış ("İtlər”).
Onun:
Şeyx Sənan ("Şeyx Sənan”), Riçard ("III Riçard”) və Məşədi İbad ("O olmasın, bu
olsun”).
Sevdiyiniz rəssam?
Şövqi Hüseynov:
Mən:
Səttar Bəhlulzadə
O:
Səttar Bəhlulzadə
Şəbnəm Hüseynova:
Mən:
Van Qoq
O:
Səttar Bəhlulzadə
Sevimli şairiniz?
Şövqi Hüseynov:
Mən:
Mikayıl Müşfiq
O:
Nigar Rəfibəyli
Şəbnəm Hüseynova:
Mən:
Ramiz Rövşən, Bəxtiyar Vahabzadə
O:
Mikayıl Müşfiq
Tez-tez dediyiniz şeir?
Şövqi Hüseynov:
Mən:
Ümumiyyətlə, mən şeir deməyi xoşlamıram.
O:
Tez-tez şeir səsləndirmir.
Şəbnəm Hüseynova:
Mən:
R.Rövşənin "Yağış yuyur, gün qurudur” şeiri.
O:
Şeir deyən deyil
Sevdiyiniz yazıçı?
Şövqi Hüseynov:
Mən:
Mirzə Cəlil.
O:
Orxan Pamuk.
Şəbnəm Hüseynova:
Mən:
Hüseyn Cavid, Xalid Hüseyni
O:
Hüseyn Cavid
Sevdiyiniz dramaturq?
Şövqi Hüseynov:
Mən:
Mirzə Cəlil
O:
Hüseyn Cavid
Şəbnəm Hüseynova:
Mən:
H.Cavid, E.de Filippo
O:
H.Cavid, E.de Filippo
Oynamaq istədiyiniz rol?
Şövqi Hüseynov:
Mən:
Mənim elə bir nisgilim yoxdur.
O:
Mirzə Cəlilin "Dəli yığıncağı”nda Pırpız Sonanı oynamaq istəyir.
Şəbnəm Hüseynova:
Mən:
O qədər var ki…
O:
Dəqiq deyə bilmərəm
Sevdiyiniz bəstəkar?
Şövqi Hüseynov:
Mən:
Qara Qarayev
O:
Elza İbrahimova
Şəbnəm Hüseynova:
Mən:
Ü.Hacıbəyli, C.Cahangirov, E.İbrahimova
O:
E.İbrahimova, O.Kazımi, Ü.Hacıbəyli, A.Səmədzadə
Ən çox dinlədiyiniz musiqi?
Şövqi Hüseynov:
Mən:
Klassik milli bəstəkarların əsərlərini dinləməyi sevirəm.
O:
Milli musiqiləri, muğamı daha çox sevir.
Şəbnəm Hüseynova:
Mən:
Xalq mahnılarını dinləməyi sevirəm.
O:
A.Mironova, caz musiqilərinə qulaq asır.
Sevdiyiniz müğənni?
Şövqi Hüseynov:
Mən:
Gülağa Məmmədov.
O:
Nəzakət Teymurova.
Şəbnəm Hüseynova:
Mən:
Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum İbrahimov
O:
Alim Qasımov, Sabir Mirzəyev
Sevdiyiniz rəng?
Şövqi Hüseynov:
Mən:
Ağ rəng
O:
Al rəngləri daha çox sevir.
Şəbnəm Hüseynova:
Mən:
Çəhrayı rəngin bütün çalarları və qara
O:
Göy və yaşıl
Sevdiyiniz şəhər?
Şövqi Hüseynov:
Mən:
Birmənalı Bakı
O:
Bakı
Şəbnəm Hüseynova:
Mən:
Xüsusi sevdiyimiz şəhər yoxdur, adətən, getdiyimiz hər yerə asanlıqla
uyğunlaşırıq.
O:
Qədim tarixi məkanları olan şəhərləri sevir.
Sevdiyiniz fəsil?
Şövqi Hüseynov:
Mən:
Yaz fəsli
O:
Yaz fəsli
Şəbnəm Hüseynova:
Mən:
Yaz
O:
Yaz. Yayı isə sevmir, çünki tamaşa oynaya bilmir.
Tez-tez züm-zümə elədiyiniz
mahnı?
Şövqi Hüseynov:
Mən:
Züm-zümə eləmək hala bağlıdır. Darıxanda Tofiq Quliyevin "Axşam” mahnısını
züm-zümə eləyirəm.
O:
Adətən mahnı züm-zümə eləmir.
Şəbnəm Hüseynova:
Mən:
Əhvalıma görə dəyişir, amma ümumilikdə xalq mahnılarını züm-zümə eləməyi sevirəm.
O:
Səid Rüstəmovun "Getmə, getmə” mahnısı.
Oxuduğunuz sonuncu kitab?
Şövqi Hüseynov:
Mən:
M.Çexovun "Aktyor texnikası barədə” kitabını oxumuşam.
O:
Xalid Hüseyninin "Çərpələng uçuran” əsərini oxuyub sonuncu dəfə.
Şəbnəm Hüseynova:
Mən:
X.Hüseyninin əsərləri və S.Qippiusun "Aktyor treninqləri” kitabı.
O:
M.Çexovun "Aktyor texnikası barədə” kitabı.
İfanızda ən bəyəndiyi obraz?
Şövqi Hüseynov:
Mən:
"Dəlinin qeydləri”ndə Poprışşini mən artıq 25 ildir oynayıram. Çox sevirəm o
rolu.
O:
İfamda bəyəndiyi obraz ilk dəfə gördüyü Don Rafaelo Trombonçu olub, məncə.
Şəbnəm Hüseynova:
Mən:
Mən onun ifasında Kantrabasçı ("Kantrabas”) və Məşədi İbad (O olmasın, bu
olsun) rollarını bəyənirəm.
O:
O, mənim Malış ("İtlər”) və Böyükxanım ("Aydın”) rollarımı bəyənir.
Boş zamanlarında sevdiyi məşğuliyyəti,
bəs, sizin?
Şövqi Hüseynov:
Mən:
Əvvəllər boş zamanımda teatrların, tamaşaların maketlərini düzəldirdim, amma
indi boş vaxtım olmur.
O:
Hal-hazırda neçə illərdir oğlumuzla zaman keçirməkdir.
Şəbnəm Hüseynova:
Mən:
Bütün boş zamanlarım Ülvinindir (oğlu – red.)
O:
Ülvi ilə filmə baxmağı sevirlər.
Onun bilmədiyi bir şeyi etiraf
edin.
Şövqi Hüseynov: Çalışıram
ondan heç nə gizlətməyim. Elə bir etirafım yoxdur.
Şəbnəm
Hüseynova: Zamana uyğunlaşa bilməməyimin, astagəlliyimin
öhdəsindən gəlmək üçün böyük cəhdlər göstərirəm, treninqlər edirəm, özümlə söhbətlər
aparıram. Hamısı ona gorə ki, təki Şövqi hirslənməsin, səbrsizlənməsin.