Mən prokuror olmaq istəyirdim
–
Sizə elə gəlmirmi ki, bu gün tələbələrinizə olan bu sevginizi, qayğınızı sizə
vaxtı ikən müəlliminiz Şövkət Ələkbərova aşılayıb?
– Bu, birmənalı belədir. Mənim tərbiyəçilərim gözəl insanlar olub. Həsən Həsənovla məni "Göyərçin” ansamblının rəhbəri Zaman Hüseynov tanış etmişdi. O, bütün uşaqlara öz övladı kimi qayğı göstərirdi. Uşaqlıq illərimin uğurlarımı, sənət taleyimi bütün gənc müğənnilərə arzulayıram. İnsanın əqidəsinə, şərəfinə, vicdanına ləkə gətirmədən onu ucaltsınlar. Adam var ki, deyir, gəl, səni məşhur edim. Amma qarşılığında çox böyük istəklər var, o istəklər ki, o adamın gələcəyinin məhvidir. Xoşbəxtəm ki, həyatımda yaxşı insanlar olub.
Söhbətləşdi: İntizar İsmayıl
– Bu, birmənalı belədir. Mənim tərbiyəçilərim gözəl insanlar olub. Həsən Həsənovla məni "Göyərçin” ansamblının rəhbəri Zaman Hüseynov tanış etmişdi. O, bütün uşaqlara öz övladı kimi qayğı göstərirdi. Uşaqlıq illərimin uğurlarımı, sənət taleyimi bütün gənc müğənnilərə arzulayıram. İnsanın əqidəsinə, şərəfinə, vicdanına ləkə gətirmədən onu ucaltsınlar. Adam var ki, deyir, gəl, səni məşhur edim. Amma qarşılığında çox böyük istəklər var, o istəklər ki, o adamın gələcəyinin məhvidir. Xoşbəxtəm ki, həyatımda yaxşı insanlar olub.
–
Bilirik ki, "Sənət Akademiyası” musiqi məktəbinin yaradıcısısınız. Belə bir
məktəb yaratmaq ideyası necə yarandı?
– 2002-ci ildə "Bülbüllər”
qrupunu yaratdım. Bu qrup dünyanın 55 ölkəsində Azərbaycanı təmsil etdi.
Tələbələrim həm Respublika, həm də Ümümdünya festivallarının laureatlarıdırlar.
Bu, hər uşağa o yaşda nəsib olan uğur deyil. ”Bülbüllər”in ən böyük, sonuncu uğuru
tələbəm Fərid Məmmədovun "Eurovizion” mahnı müsabiqəsindəki çıxışı oldu. Fərid
yerli səsverməyə görə birinci yerdə idi, birinciliyə layiq idi. Ondan öncəki il
"Eurovizion” müsabiqəsində birinciliyi Azərbaycan qazandığına görə növbəti ildə
Azərbaycana birinci yer verilmədi. Amma Fərid hətta yer tutmasaydı belə, onun
müsabiqədə böyük ustalıqla iştirakı artıq onun qələbəsi idi. Fərid beş yaşından
səhnədədir. O, beş yaşında Heydər Əliyev sarayında "Leylam” mahnısını oxudu,
özü də yüksək səviyyədə. Mən çox şadam ki, bu işdə mənim də zəhmətim var.
Sevinirəm ki, ustadımın vaxtilə qurduğu pedaqoji fəaliyyəti davam
etdirməkdəyəm. Şövkət xanım biz tələbələrini övladı kimi sevirdi, tələbələrimə
məhəbbəti ondan öyrənmişəm. Mən şöhrətdən başı dönən insan deyiləm, elə
insanları da sevmirəm. Onlar başa düşmürlər ki, bunun sonu yoxdur. Ağac bar
gətirdikcə başını aşağı əyir. Mən səhnədə nə qədər ədalı görünmüşəmsə, həyatda
bunun tam əksi olmuşam. Səhnə bunu istəyir: duruş, baxış, qamət. Amma həyatda
başı göylə gedə bilməzsən, o yalnız səhnədə qalmalıdır. Mən bunu yaxşı dərk
elədim. Oxuduğum mahnı kəmiyyətəmi xidmət edir, keyfiyyətəmi? Mən bilirdim ki,
oxuduğum mahnılar keyfiyyətə xidmət edir. Ona görə də səhnədə ədalı durmalı
idim.. Amma səhnədən enəndən sonra o gözəlliklərin vasitəsilə qazandığım
nailiyyətin alqışlarını mənə edən insanlara özündənrazı nəzərlərlə baxa
bilməzdim. Əgər o insanlar yerdə dayanıblarsa, mən də səhnədən enəndə yerdə
durmağı bacarmalıydım. Mən tələbələrimə də bunu aşılamağa çalışıram. Səhnədən
enəndə unutmayın ki, ayağınızı yer üzünün torpağına basırsınız. O torpaqda bütün
insanlar gəzir, o insanlar ki sizi səhnədə alqışlayırlar. Sizi alqışlayan
insanlara yuxarıdan baxmayın.– "Sənət Akademiyası”
Aybəniz Haşımova yolunun davamçıları varmı?
– Həqiqi istedadlar var, ancaq Aybəniz kimisi
yoxdur. Əgər ciddi məşğul olsalar, zəhmət çəksələr, mənim kimi gecələrini
gündüzə qatıb çalışsalar, səhnənin enişli-yoxuşlu yollarının girişini-çıxışını
biləcəklər. Hazırda beş tələbəm var ki, mən düşündüyüm kimi gələcəkdə bu işin
üstündə möhkəm dayansalar və davamiyyətləri yüksək səviyyədə olsa, bir gün mən
həyatda olmayanda səhnədə "Sənət Akademiyası”ndan beş uşaq parlayacaq. ”Bülbüllər”
qrupunun üzvlərini müstəqil həyata buraxsam da, yenə də bir əlim onların
üstündədir. Hansı birinə lazım olacağamsa, bilsinlər ki, arxalarında durmağa
hazıram.–
İlk dəfə səhnəyə on yaşında çıxmısınız. O günü necə xatırlayırsınız?
– Heç vaxt müğənni olmaq arzusunda olmamışdım. Bu,
istedadımın fərqinə varıb, məni bu sənətdə görənlərin arzusu olub və mən nəticədə
müğənni olmuşam. Nə yaxşı ki, müğənni olmuşam. Başqa sahədə özümü heç təsəvvür
edə bilmirəm. Mən prokuror olmaq istəyirdim. Bu istəyim "Mehman” filmindən
qaynaqlanırdı. Gəncədə "Musa dayının qarajı” deyilən bir yer vardı, atam da
orada işləyirdi. Bir gün dedilər ki, orada konsert olacaq. Atam ilə bərabər ora
getmişdim. İdarənin klubunda piano var idi. Həmin pianonu görəndə başladım ifa
etməyə. Evdə heç kim bilmirdi ki, mən pianoda ifa etməyi bacarıram. Mən pianoda
ifa edəndə qarajın direktoru Musa Musayev içəri daxil oldu, ifamı eşitdi və
mənə dedi, sən nə gözəl oxuyursan, ay qızım. Bu gün burada konsert olacaq.
Xahiş edəcəyəm ki, sənə də bir mahnı oxutdursunlar. Mən bu xəbərə çox sevindim.
Amma necə oxuyacağam, necə olacaq, bunu heç düşünmədim. Axşam oxumaq üçün
səhnəyə çıxmağa hazırlaşanda ansamblın rəhbəri Zaman müəllim dedi ki, məşqsiz
mən onu səhnəyə buraxa bilmərəm, biz onunla məşq etməliyik. Mən kişinin bu
sözündən çox incidim. Çünki, oxumağıma icazə vermədi. Mən də o konsertdə çıxış
etməli olmadım. Ertəsi gün Zaman müəllim evimizə zəng elədi ki, ürəyimdə qaldı,
səsini dinləmək istəyirəm. Anama dedim, dedi ki, yox, getmə, sənin nə işin var
orda. Dedim, ay ana, qoy gedim, o da görsün ki, kimi səhnəyə buraxmayıb.
Getdim, orada mənə dedilər ki, nə oxuyacaqsan? Dedim, Emin Sabitoğlunun "İnsaf
da yaxşı şeydir” mahnısını. Təəccüblə üzümə baxdılar. Axı adətən uşaqlar uşaq
mahnısı oxuyurlar. Mahnını oxudum, sayranc bölməsinə çatanda fortepianoda ifa
edən ansamblın piano ifaçısı Naibə xanım birdən dönüb mənə baxdı. Orkestrdə
onun ifasını daha çox bəyənirdim. Çıxışımdan sonra çox təkid etdilər ki,
ansamblda qal, bizimlə çalış, dedim, yox, mən gəldim ki, görəsiniz necə
oxuyuram, ansamblda oxumaq üçün gəlməmişəm. Uzun müddət Zaman müəllim ailəmdən
xahiş etdi ki, mən ansambl ilə çalışım. Anam dedi, ay qızım, get oxu, başın
qarışar. Beləliklə, ansamblla fəaliyyətə başladım. Çox keçmədən Zaman müəllim
bizi Moskvaya festivala apardı. Mənim ilk böyük səhnəm Moskvada Ostankino
televiziyası olub. Orada mən "Notlar” verilişində mahnı oxudum və həmin veriliş
Sovetlər birliyinin 15 respublikasına canlı yayınla nümayiş olundu. O gün
ürəyim həyəcandan elə döyünürdü ki, az qala yerindən çıxsın. Çünki düşünürdüm
ki, ifamı 15 respublikada seyr edəcəklər. Polad Bülbüloğlunun "Şən Azərbaycan”
mahnısını oxumalıydım. Zaman müəllim dedi ki, əgər yaxşı alqışlasalar, ”Gəncəm”
mahnısını da oxuyarsan. Mən olam, o alqışı almayam. O zamanlar "ağlayan
gəlinciklər” çox bahalı olduğuna görə hər valideyn övladına ala bilmirdi.
Zaldan bir tamaşaçı mənə "ağlayan gəlincik” bağışladı. Gəlincik də özüm boyda
idi. Elə sevinirdim ki, təsəvvür edə bilməzsiniz, elə bildim dünyanı mənə
bağışladılar. Sonra qayıtdıq Gəncəyə. Həmin il ulu öndər Heydər Əliyev Gəncəyə
gəlmişdi. Həsən Həsənov isə mənim səsimi daha öncədən eşidib bəyəndiyinə görə
istəyirdi ki, mən Heydər Əliyevin iştirak edəcəyi tədbirdə mahnı oxuyum. Elə də
oldu.–
Bu yaxınlarda filarmoniyada 50 illik yubileyinizlə əlaqədar solo konsert
verdiniz. Konsert necə keçdi?
– Səhnədə olduğum 40 il ərzində çox konsertlər
vermişəm. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada konsert verməyim.
Həyatımda ilk dəfə idi ki, dilim-ağzım quruyurdu, elə quruyurdu ki, su da
içirdim, faydası olmurdu. Yəqin 50 yaşın fərqinə varmışdım. Səhnədə bir hadisə
oldu. Öz yazdığım şeiri söyləyəcəkdim, səhnədə çaşsaydım, bununla da mənim üçün
hər şey bitəcəkdi. Şeiri söylədiyim yerdə birdən ayaqqabımın dabanı səhnədə
texnikaya aid olan açıq bir yer var idi, ora girdi və oradan çıxmadı. Bilmədim,
ayaqqabımın dabanını çıxardım oradan, yoxsa şeirin davamını söyləyim, şeir də
çıxdı yadımdan. Şeir də ən azı on bənddir. Bir bəndini dedim, ikinci bəndini
unutdum, dedim, mən bitdim. Ancaq Allah mənə necə kömək oldusa, elə o anda
şeirə yeni sətirlər düşündüm və onları söylədim. Ayaqqabımın dabanı da həmin
yerdən çıxmırdı, bir tərəfdən də onu düşünürdüm. Səhnə çox gözəldir, gözəlliyi
qədər də insanın həyatını o yerdə dayandıra biləcək qədər məsuliyyətli və ağır
bir yerdir. Ona görə də mən hər zaman deyirəm ki, hazır olmadan səhnəyə çıxmaq
olmaz. İllər boyu qazandığın hörməti bir dəqiqənin içində məhv edə bilərsən.–
Amma yaşınızdan çox gənc görünürsünüz.
–Uzun illər öncə Faiq Ağayevlə Dövlət
televiziyasında bir konsertdə iştirak edirdik. Birdən Faiq mənə dedi, Aybəniz
xanım, necə etmisiniz, belə gənc qalmısınız? Bilmədim necə cavab verim. Aygün
Bayramova da yanımızda idi, dedi Aybənizin çox yaşı yoxdur ki... Sənət yaşım
çoxdur, amma ömür yaşım 50-dir. Alnımda bir ömür yolu qədər qırış var, bu da
hər halda ömür yolumun qırışıdır, mənə göstərir ki, səninləyəm ha.(gülür)–
Geridə qalan 50 illik ömrünüzdən razısınızmı?
– 50 yaşım necə gəldi, bilmədim. Bir də gördüm ki,
50 yaşındayam. Həmin gün içimə bir qorxu girdi, heç vaxt belə qorxu
keçirməmişdim. Hətta ilk sevgimi itirəndə belə qorxmamışdım. Nədən qorxdum?
Ölmək istəmirəm. Çünki övladımı yerbəyer etməmişəm. Xəyallarımda ona arzu
etdiyim ömür qisməti var, onu görmək istəyirəm. Tələbələrimin səhnədə böyük
incəsənət xadimi olmaqlarını görmək arzusu var içimdə. Zalda ayaqüstə dayanıb
tələbəmin Azərbaycanın ən böyük sənətkarı kimi adının çəkilməsini gözləyirəm. O
səhnəni görüb alqışlamaq istəyirəm. Bu arzularımın çin olması ən böyük
diləyimdir. Etiraf edim ki, bu mənada 50 yaşım məni qorxutdu. Sanki, mənə
birdən bir səs dedi ki, gəlmişəm. Bunları görməməkdən qorxuram. Ona görə də
Allahdan ömür istəyirəm, bilmirəm o möhləti mənə verəcək, ya yox. Allahdan
istəyim budur ki, nə qədər ömür verəcəksə, məni bu dünyada utandırmadan
yaşatsın və bu dünyadan gedəndə məni günahlarımla aparmasın. İmkan versin ki,
bir baxışla da qazandığım günah varsa, onu elə bu dünyada yuyum. Ömür çox
vəfasızdır. Bir dəqiqə sonra nə olacağını bilmirik. Sən demə, ömür yaman
vəfasız imiş, istər gənc üçün, istərsə də mənim kimi 50 yaşına çatmış birisi
üçün.–
"Biz ailədə səkkiz uşağıq. Hamımızın da səsi var. Ancaq Şahnaz xanımdan və
məndən başqa heç kəs oxumaq istəmir”, deyirsiniz.
– Hamısı professional sənətkar kimi oxuya bilərlər.
Bacılarımdan biri bu yaxınlarda televiziya verilişlərinin birində mənimlə
bərabər iştirak edirdi. Dedilər ki, bacınız sizin haqqınızda bir söz desin.
Dedim, mən ondan xahiş edəcəm, o, mahnı oxusun. Əgər o, mahnı oxusa elə
biləcəyəm ki, mənim haqqımda nəsə deyir. Bacım səsi, ifası ilə hamını
təəccübləndirdi, studiyadakı bütün qonaqlar heyran qalmışdı. Bacımın altmışa
yaxın yaşı var, heç bir yerdə də oxumayıb. Elə oxudu ki, sanki illərdir
səhnədədir. Günahdır vallah, bu cür səsin olsun, ancaq oxumaq istəməyəsən.–
Hər bir valideyn övladı dünyaya gələndə onunla bağlı arzuları, ümidləri olur.
Aynişan ümidlərinizi doğrultdumu?
– Bəli, Aynişan ümidlərimi doğrultdu. Ali təhsil
aldı, yalançı diplom almadı, doğrudan da, elmə yiyələndi. Bu gün Aynişan yaratdığım
"Sənət Akademiyası”nda direktor vəzifəsində çalışır, eyni zamanda orada müəllim
kimi də fəaliyyət göstərir. Aynişan danışanda mən onu dinləyirəm, hərdən
düşünürəm ki, bəlkə getdiyim yerlərdə mən ancaq oxuyum, mənim yerimə Aynişan
danışsın. O qədər ona güvənirəm ki... Fəxr edirəm ki, belə bir övladım var. Nə
yaxşı ki, mənim və atasının işığını məhz Aynişan kimi övlad yandırdı. Bu
günlərdə Aynişan mənə dedi ki, ana, mən uşaq olanda sən həmişə deyirdin ki, Şövkət
Ələkbərovanın səsi xəstələrə məlhəmdir. Bir gün mədəmdən çox pis ağrı tutdu,
sancıdan ağrıya dözə bilmirdim. Sənin sözün yadıma düşdü. Şövkət Ələkbərovanın
mahnısını dinlədim. Psixoloji olaraq ona o qədər inanmışdım ki, mahnını
dinləyəndə ağrım, doğrudan da, keçdi.–
Aynişan sizə sirdaş ola bilirmi, yəni kədərinizi onunla bölüşə bilirsinizmi?
– Aynişan sanki bir rəssam idi, həyatıma gəldi və
elə bir rəsm əsəri çəkdi ki, həyatım tamamilə dəyişdi. Onun sayəsində bu gün
həyatım o qədər gözəldir ki... O, mənim həm anam, həm atam, həm dostum, həm də
yol göstərənimdir. Sağlam şəkildə, ruhuma zədə toxundurmadan elə gözəl yol
göstərir ki... Aynişan mənim dünyamdır.Söhbətləşdi: İntizar İsmayıl