• şənbə, 20 Aprel, 00:03
  • Baku Bakı 15°C

Məmur oğlunu öldürən şəxsin məhkəməsi başlayıb

23.06.14 16:48 1045
Məmur oğlunu öldürən şəxsin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Tural Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası iyulun 3-nə təyin edilib.
Qeyd edək ki, ötən il oktyabrın 15-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindən şəhər sakini Əli Məlikov döş qəfəsindən daxilə nüfuz edən, Masallı rayon sakini Elçin Baxşıyev və Kəlbəcər rayon sakini Seymur Fərzəliyev isə daxilə nüfuz etməyən bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Oktyabrın 16-da Ə. Məlikov orada dünyasını dəyişib.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Tural Əliyev tutulub.
Qətlə yetirilən Ə.Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.
banner

Oxşar Xəbərlər