• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

Məktəbli uşaq dünyaya gətirib, DİN istintaqa başlayıb

06.06.19 12:30 799
Məktəbli uşaq dünyaya gətirib, DİN istintaqa başlayıb
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayanQabalkəndində məktəblərin birinin11-ci sinif şagirdiuşaq dünyaya gətirib.
"Report”un Gürcüstan bürosu xəbər verir ki,16 yaşlı məktəbli qızsinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.
Qızın hamilə olduğu müəyyən olunub və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o,uşaq dünyaya gətirib.
Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu,40 yaşlı kişitərəfindən zorlandığı məlum olub.
GürcüstanınDaxili İşlər NazirliyiQabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.
banner

Oxşar Xəbərlər