Əməkdaşlıq imkanları müzakirə edilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte ilə görüşüb.
KOBİA-dan Kaspi.az-a bildirilib ki, Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumu çərçivəsində keçirilmiş görüşdə KOB sahəsində əməkdaşlıq imkanları və bu sahədə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.