Məhv olan əlyazmalar
Kağız-qələmə birinci
xəyanət edən yazıçılar oldu. Kompüter çıxan kimi qələmi atıb klaviaturaya
sarıldılar. Artıq dünyada qələmlə yazan söz adamı tapmaq çətindir. Düzdür,
şairlər arasında hələ də qələmlə yazanlar qalmaqdadır. Ən azı şeiri əvvəl
kağıza yazıb sonra üzünü kompüterə
köçürürlər. Bunu şeirin yazılma prosesinin nəsrə nisbətən daha asan olması ilə
izah etmək olar, həm də şeir, adətən, spontan, düşünülməmiş şəkildə yaranır,
nəsr isə düşünmək üçün günlər, aylar, bəzənsə illər tələb edir. Müqayisə bir
qədər qüsurlu görünə bilər, amma hər halda "Səfillər”i yazmaq Lamartinin "Göl”
şeirini yazmaqdan çətindir. Roman yazmaq bir az da texniki proses olduğu üçün,
söz oyunu kimi çıxmasın, yazıçılar da texniki yeniliklərdən yararlanıb işlərini
asanlaşdırdılar. Yazıçıların kompüterə keçməsi ilə
əlyazmaların da nəsli kəsilməyə başladı.
Yazıçıların çoxu əlyazmalara rəsm çəkiblər. Aleksandr Puşkin özünün, dostlarının, dekabristlərin, həyat yoldaşı Natalya Qonçarovanın şəklini çəkirmiş. "Mis atlı”nı yazanda Puşkin həyat yoldaşından uzaqdaymış. Çox güman, şair bir anlıq sevdiyi qadın üçün darıxıb və yazmağa ara verərək kağızın kənarına onun şəklini çəkib. Bəzi illüstrasiyalar isə əsərlərindəki personajlara məxsusdur. Görünür, Puşkin obrazlarını yaratmamışdan qabaq onları vizual olaraq canlandırmağa çalışırmış.
Fyodr Dostoyevski də vərəqin kənarına müxtəlif şəkillər çəkərmiş. Eləcə də Tolstoy. Orxan Pamukun əylazmaları başdan-başa şəkillərlə doludur. Yeri gəlmişkən, Pamuk müasir dövrdə qələmlə yazan nadir yazıçılardandır. Onun əlyazmalarında rəssam keçmişi dərhal özünü göstərir. Bir anlıq çaşbaş qalırsan, bu bir rəssamın, yoxsa yazıçının əlyazmasıdır. Pamuk "Qara kitab”da mənzil boşluğunu təsvir edir. Kitabın əlyazmasında apartman boşluğunun şəklini də görə bilərik.
Nobelli yazıçı rəssamlıq vərdişi haqqında bunları deyir: "Əllə, qələmlə yazan bir çox romançı kimi arada kağızların ora-burasına qaralamalar, rəsmlər çəkirəm. (Bu cür romançı-qaralamaçıların ən bariz nümunəsi "Şeytanlar”ın əlyazmasıyla Dostoyevskidir). Adı üzərində: Qaralama, gözəl bir işarəni, bir xəyalı, bir rəsmi düşünmədən əlin öz-özünə gördüyü işdir. Yazarın başı romanın bir nöqtəsi, bir cümləsi ilə məşğuldur. O, yazı problemini həll edə bilmədikcə səbirsiz əl hərəkət etmək istəyir. Nəhayət, yazarın cümləni yaza bilmədiyini gördükdə səbirsiz əl öz-özünə nəsə çəkməyə başlayır. Sadə bir üçbucaq, bir dördbucaq, bir küp, bir fincan, bir ağac, bir kibrit, bir bardaq və s.
Tolstoy təkcə əsərlərinin əlyazması yer alan kağızlara şəkil çəkməyib, onun qeyd dəftərçələrində də müxtəlif rəsmlər var. Krımda xidmət etdiyi zaman karandaşla bir neçə qafqazlı obrazını çəkib. Bundan başqa uşaqları və nəvələri üçün Jül Vernin "80 gün Yer ətrafında” romanına çəkdiyi illüstrasiyalar da mövcuddur.
Böyük Amerika yazıçısı Uilyam Folknerin "Hay-küy və hiddət” kitabının sonuncu vərəqində uydurma Yoknapatova əyalətinin xəritəsi verilib. Görünür, bu xəritə əsərin əlyazmasında da var imiş. Çox güman müəllif təkcə bununla yekunlaşmayıb, yazı prosesində başqa cızma-qaralar da edib.
Mirmehdi Ağaoğlu
Qabaqlar necə idi?
Yazıçı əvvəlcə əsərini qaralamada yazırdı. Bu zaman ilkin variant üzərində
xeyli düzəlişlər edirdi. Sonra onun üzünü köçürür, yenidən düzəlişlər edirdi.
Daha sonra bir daha əsərin üzünü köçürürdü. Əgər bu prosesdən yorulub-usanmasa
dördüncü dəfə əsərin surətini çıxarırdı.
Hər hansı bir əsərin
əlyazmasını götürüb analiz eləsək, onun inkişaf tempini görə bilərik. Bu
baxımdan əlyazma əsər haqqında ətraflı məlumat verən əyani sübut, vəsaitdir.
Əlyazmaya baxaraq əsərin yaranma prosesini bariz şəkildə anlamaq mümkündür.
Yazıçı harda "ilişib”, harda fikri yayınıb, harda əsəbiləşib, harda ilhamı
tükənib, harda cuşa gəlib, hamısını görmək olar. Kompüterdə yazılan
əsərlərdə isə bu prosesi müşahidə eləmək mümkün deyil. Təbii ki, kompüterdə
yazılan əsərdə də düzəlişlər olur, hansısa cümlə pozulur, yenidən yazılır, bir
söz başqa sözlə, bir cümlə başqa cümlə ilə əvəzlənir, yerdəyişmə olur,
ixtisarlar, əlavələr aparılır. Lakin bu "cinayət”dən sonra "əşyayi-dəlil”
qalmır. Bəlkə, nə vaxtsa belə bir proqram icad olunacaq (bəlkə də, icad olunub,
xəbərimiz yox), həmin proqram vasitəsilə mətndə aparılan bütün düzəlişləri geri
qaytarıb görə biləcəyik. Amma bu proqram əlyazmaların dadını verəcəkmi,
inanmıram.
Yazıçı kompüterdə
arın-arxayın yazır, nəsə xoşuna gəlməsə "delete” düyməsi əlinin altındadır.
Əlyazmada belə etmək mümkünsüzdür, pozduğun, söz, cümlə orda qalır. Ona görə
qələmlə yazanda yazıçı sanki bir az da məsuliyyətlə davranır.
Kağız həm də
yazıçının düşüncə meydanıdır. Yazıçı kağıza təkcə yazmır, o həm də kağızda
dincəlir, əsərin ardını düşünür. O, düşünəndə də əli dayanmır, kağıza özündən
nələrsə qaralayır. Hər bir əlyazma
ayrı-ayrılıqda təsviri sənət nümunəsidir. Əgər əlyazmanın vərəqlərini götürüb
bir rəsm əsəri kimi oxumağa çalışsaq, ordakı hər bir xətti, yazılışı, işarəni
öyrənməyə cəhd etsək, çox mətləbdən xəbərdar ola bilərik.
Bir çox yazıçılar
kağızın qırağına qeydlər etməyi xoşlayıblar. Digərləri əsərə o qədər xətlər
çəkiblər ki, sanki riyazi düstur və ya diaqram yazıblar. Yazıçıların çoxu əlyazmalara rəsm çəkiblər. Aleksandr Puşkin özünün, dostlarının, dekabristlərin, həyat yoldaşı Natalya Qonçarovanın şəklini çəkirmiş. "Mis atlı”nı yazanda Puşkin həyat yoldaşından uzaqdaymış. Çox güman, şair bir anlıq sevdiyi qadın üçün darıxıb və yazmağa ara verərək kağızın kənarına onun şəklini çəkib. Bəzi illüstrasiyalar isə əsərlərindəki personajlara məxsusdur. Görünür, Puşkin obrazlarını yaratmamışdan qabaq onları vizual olaraq canlandırmağa çalışırmış.
Fyodr Dostoyevski də vərəqin kənarına müxtəlif şəkillər çəkərmiş. Eləcə də Tolstoy. Orxan Pamukun əylazmaları başdan-başa şəkillərlə doludur. Yeri gəlmişkən, Pamuk müasir dövrdə qələmlə yazan nadir yazıçılardandır. Onun əlyazmalarında rəssam keçmişi dərhal özünü göstərir. Bir anlıq çaşbaş qalırsan, bu bir rəssamın, yoxsa yazıçının əlyazmasıdır. Pamuk "Qara kitab”da mənzil boşluğunu təsvir edir. Kitabın əlyazmasında apartman boşluğunun şəklini də görə bilərik.
Nobelli yazıçı rəssamlıq vərdişi haqqında bunları deyir: "Əllə, qələmlə yazan bir çox romançı kimi arada kağızların ora-burasına qaralamalar, rəsmlər çəkirəm. (Bu cür romançı-qaralamaçıların ən bariz nümunəsi "Şeytanlar”ın əlyazmasıyla Dostoyevskidir). Adı üzərində: Qaralama, gözəl bir işarəni, bir xəyalı, bir rəsmi düşünmədən əlin öz-özünə gördüyü işdir. Yazarın başı romanın bir nöqtəsi, bir cümləsi ilə məşğuldur. O, yazı problemini həll edə bilmədikcə səbirsiz əl hərəkət etmək istəyir. Nəhayət, yazarın cümləni yaza bilmədiyini gördükdə səbirsiz əl öz-özünə nəsə çəkməyə başlayır. Sadə bir üçbucaq, bir dördbucaq, bir küp, bir fincan, bir ağac, bir kibrit, bir bardaq və s.
Romanı yazmağa davam edə bilsəm, bu kiçik fincanlar, üçbucaqlar, qəribə
şəkillər və xəyallar üzərində çalışdığım səhifədə qalır, unudulub gedir. Amma
bəzən bəzi qaralamalara bilmirəm niyə, özüm də önəm verirəm. O, cızma-qaraya bu
rəsmdə ("Kara kitab”ın əlyazmasına çəkdiyi İstanbul mənzərəsindən bəhs edir)
olduğu kimi yenidən-yenidən qayıdır, onu səbirsiz əlimin qeyri-ixtiyari çəkdiyi
adi bir şeydən rəsm yaradıram. Qaralamağa başladığım şeyin yavaş-yavaş bir
forması, düşünülmüş bir mənası yaranmağa başlayır”.
Pamukun da adını
hallandırdığı Dostoyevski kağıza bir neçə növ qrafik cızma-qara edərmiş: insan
üzləri, palıd yarpaqları və ya xaçşəkilli çiçəklər, kalliqrafiya və qotik
üslubda rəsmlər. Qotik üslubda rəsmlərə arkalar, qüllələr, qotik binaların
çatma pəncərələri daxildir. Dostoyevskidə bu cür rəsmlərə Pamukun da dediyi
kimi ən çox "Şeytanlar” romanının əlyazmasında rast gəlmək olar. "Şeytanlar”ın
əlyazmasının vərəqlərindən birinin tən ortasında insan obrazı çəkilib. Güman
ki, bu Dostoyevskinin özüdür. Yuxarı sol küncündə isə qotik üslubda bir binanın
təsviri var. Cümlələr hamısı üfüqi şəkildə yazılmayıb, bir-birindən xətlərlə,
haşiyələrlə ayrılır, mistik, sehrli əsər təsiri bağışlayır. Elə bil əlində
"Kabbala”dan bir vərəq tutmusan. Dostoyevski binaların fasadını, tağları, çatma
pəncərələri peşəkar şəkildə çəkib. Sözsüz ki, yazıçı bu bacarığını yeniyetmə
vaxtı aldığı mühəndislik təhsilinə borclu idi.
Puşkinin bizə gəlib
çatan bütün əlyazmaları hazırda Puşkin adına Rus Dili İnstitutundadır. Burda
hər bir əsərin əlyazması ayrıca mühafizə olunur. "Puşkinin əlyazmaları” adlı
sənədli film də var. Əgər istəsəniz Yuotube-dan asanlıqla tapıb baxa
bilərsiniz. Gəlin mən bura sizin üçün link də qoyum (https://www.youtube.com/watch?v=f5FHyn9F7e0). "Puşkinin əlyazmaları”
sənədli filminə baxaraq, böyük rus ədibinin yaradıcılıq mətbəxi ilə daha
yaxından tanış ola bilərsiniz.
Əlyazmalara diqqətlə
nəzər yetirdikdə ədibin yaşadığı sarsıntıları, əzabları hiss etməmək olmur.
Düzəliş edilmiş, pozulub üstündən yazılmış, sonra təzədən əvvəlki variantında
verilmiş nə qədər söz, birləşmə, misra tapmaq olar. Bizim bir anda oxuyub
keçdiyimiz bu misralar şairə necə böyük zəhmət, əziyyət bahasına başa gəlib!
Filmdə Puşkinin "Mis atlı” əsərinin ilk misralarının yazılması prosesi anbaan
göstərilib.
Əsər üzərində hədsiz
çox düzəliş edən yazıçılardan biri də Lev Tolstoydur. Buna görə də onun
əlyazmaları yarım milyon vərəqdən çoxdur. "Hərb və sülh”ün müəllifinin
gündəliyində belə bir qeyd var: "Düzəlişsiz
əsər yazmaq fikrini birdəfəlik başımdan atmalıyam. Əsəri üç-dörd dəfə düzəltmək
belə azdır”. Tolstoy qarşısına qoyduğu bu öhdəliyə qeyd-şərtsiz əməl
edirdi. Onun yaradıcılıq
prosesi belə idi: yay aylarında əsər haqqında uzun-uzadı düşünər, qışda masa
arxasına keçib yazmağa başlayardı. İlkin variantı təbii ki, özü qələmə alardı.
Bu zaman o, vərəqin hər yerini qeydlərlə doldurardı. Ağlına bir fikir gəldimi
əlinə nə keçsə götürüb üzərinə qeyd edərdi. Onun əlyazmalarının arasında
konvert üzərinə yazılmış qeydlər də var. Qaralama hazır olandan sonra əsərin
üzü köçürülərdi. Səhv etmirəmsə "Hərb və sülh”ün üzü dörd dəfə köçürülüb.
Özünüz düşünün, XIX əsrdə dörd kitablıq nəhəng bir romanın üzünü dörd dəfə
köçürmək nə deməkdir! Necə deyərlər, tək adamın işi deyil. Ona görə də Tolstoya
kömək edənlər tapılırdı. Yazıçıya ən çox həyat yoldaşı Sofiya Tolstaya yardım
göstərib. Bəzən uşaqlara, dostlara, həmin ərəfədə malikanədə olan qonaqlara da
bu iş həvalə olunardı. Arabir pulla işçi də tutulardı. Ömrünün sonlarında isə
bu işi katibəsi görərdi. Qadın əlyazmanı maşınkada yığar, Tolstoy oxuyub
düzəliş aparardı.
İkinci əlyazmada
düzəlişlərini aparandan sonra yenidən əsərin üzü köçürülərdi. Əgər Tosltoy
hesab etsəydi ki, əsər hazırdı, o zaman ağlamaya köçürülüb nəşriyyata
göndərilərdi. Ancaq bundan sonra da əsər üzərində iş bitməzdi. Yenə də
korrektura, Tosltoyun bitməz-tükənməz düzəlişləri başlayardı. Korrektorlar,
mətn yığıcıları dahi yazıçının bu xasiyyətini heç sevməzmişlər.
Tolstoy da
əlyazmalarına rəsm çəkməyi xoşlayan yazıçılardandır. Onun qrafik cızma-qaraları
içində topoqrafik çertyojlara, insan üzlərinə, heyvan təsvirlərinə, müxtəlif
həndəsi fiqurlara rast gəlmək olar. Bundan başqa sayı-hesabı bilinməyən
qeydlər, düzəlişlər, dərkənarlar əlyazmanı oxunmaz hala salır. Tolstoy təkcə əsərlərinin əlyazması yer alan kağızlara şəkil çəkməyib, onun qeyd dəftərçələrində də müxtəlif rəsmlər var. Krımda xidmət etdiyi zaman karandaşla bir neçə qafqazlı obrazını çəkib. Bundan başqa uşaqları və nəvələri üçün Jül Vernin "80 gün Yer ətrafında” romanına çəkdiyi illüstrasiyalar da mövcuddur.
Böyük Amerika yazıçısı Uilyam Folknerin "Hay-küy və hiddət” kitabının sonuncu vərəqində uydurma Yoknapatova əyalətinin xəritəsi verilib. Görünür, bu xəritə əsərin əlyazmasında da var imiş. Çox güman müəllif təkcə bununla yekunlaşmayıb, yazı prosesində başqa cızma-qaralar da edib.
Belə nəticəyə gəlmək
olar ki, yazıçılar əlyazmalara müxtəlif təsvirlər çəkməklə bəzən yazdıqlarını
daha aydın anlamağa, bəzən də bir qədər "dincəlməyə” çalışıblar. Rəsm ilham
verib, bir anlıq fasilə onları daha alovlu şəkildə qələmə sarılmağa sövq edib.
Bu kiçik yazımızda
bir neçə yazıçıdan misal çəkdik. Amma dünyanın nə qədər böyük yazıçısı var ki,
onların əlyazmaları ayrıca araşdırma mövzusudur. Alimlər əlyazmaları dərindən
öyrənərək əsərlər haqqında bizə daha geniş, ətraflı məlumat çatdırırlar. Yazının bu yerində
başqa bir böyük rus yazıçısı Mixail Bulqakovun fikrini xatırlamamaq olmur.
Ustad deyirdi ki, "əlyazmalar yanmır”. Görünür, bundan sonra onların yanmağına
gərək qalmayacaq. Çünki əlyazmalar daha olmayacaq.
Mirmehdi Ağaoğlu