Məhsullarda zəmanət ilə bağlı problemlər necə tənzimlənir?
Yerli və ya xarici istehsalçılar istehsal etdikləri məhsulu Azərbaycanda satarkən verdikləri zəmanətin şərtləri müxtəlif ola bilər.
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən sərbəst auditor Altay Cəfərovun sözlərinə görə ən sadə zəmanət – satılan malın hansısa bir detalı sıradan çıxarsa, onu istehsalçı və ya istehsalçının bu işi həvalə etdiyi şəxsin dəyişdirəcəyi, yaxud təmir edəcəyidir.
A.Cəfərov bildirib ki, məhsullarda zəmanət ilə bağlı problemlər olduqda çox az hallarda bu problemləri istehsalçılar birbaşa özləri həll edirlər. Zəmanətlə bağlı ya əlavə servis xidmətləri yaradılır, ya da bu iş başqa şəxslərə həvalə edilir, eləcə də idxal olunan məhsullar üzrə servis mərkəzləri vasitəsilə həyata keçirilir. Zəmanətli satış zamanı alıcıya (istehlakçıya) satıcı zəmanət talonu təqdim edir. Talonda qeyd olunan zəmanət müddətində məhsulda xəta baş verdikdə bu xəta zəmanət şərtləri çərçivəsində aradan qaldırılır.