AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mehriban Əliyevanın Cəngavər Ordeninə layiq görülməsi onun fəaliyyətinin qlobal miqyası ilə bağlıdır

Mehriban Əliyevanın Cəngavər Ordeninə layiq görülməsi onun fəaliyyətinin qlobal miqyası ilə bağlıdır

Cəmiyyət
25 Fevral 2020, 15:52 696
"Azərbaycan dinlər və mədniyyətlər arasında körpü rolunu oynamaqla hazırki ziddiyyətli büynəlxalq münasibətlər sistemində dialoqu təmin edən dövlət kimi çıxış etməyi bacarır. Nəzərə almaq lazımdır ki, 21-ci əsri bəzən dini və milli identiklik əsri kimi səciyyələndirirlər. Bu isə o deməkdir ki, beynəlxalq münasibətlərdə qarşılıqlı davranışlar məhz bu məntiqə əsaslanmalıdır. Etiraf etmək lazımdır ki, bəzi hallarda ədalətin və hüququn təmin olunması da elə milli və dini təssübkeşliyə əsaslanır. Belə oduqda isə qlobal, universal dəyərlər və beynəlxalq hüquq öz əhəmiyyətini itirmiş olur. Lakin Azərbaycan öz diplomatiyası və siyasəti ilə əməkdaşlıq və tərəfdaşlığın məhdudlaşdırıçı çərçivəyə salınmasının əleyhinədir. Ona görə də öz multikultural və tolerant dəyərlərinə söykənərək uğurlu təşəbbüslərlə çıxış edir, milli maraqlarını təmin etmək üçün qarşılıqlı faydalı əməkdaşlıqlar üçün yeni keyfiyyət platformaları yaradır". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Baş redaktor bildirib ki, bu işdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var: "Elə İtaliyaya dövlət səfəri zamanı fevralın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşmələri bir daha ondan xəbər verir ki, Azərbaycan multikultural və dini- tolerant ölkə olaraq qarşılıqlə hörmətə əsaslanan münasibətlərini dünyanın ən böyük dini-ideoloji mərkəzlərindən biri ilə uzlaşdırmağı bacarır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də ilk növbədə birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin miqyası və dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Şübhəsiz ki, ölkəmizdə bütün dini icmaların nümayəndələri, o cümlədən katoliq xristiyanların azad və sərbəst şəkildə fəaliyyəti üçün hər cür şərait yaradılıb. Azərbaycanda olan dinlər və məhzəblərarası münasibətlərə Avropanın ən tolerant ölkələrində belə rast gəlmək bəzən çətin olur. Əlbətdəki dünyaya ali dini dəyərləri, humanizmi, qarşılıqlı hörməti təbliğ edən Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətləri təqdir etməklə onu yüksək qiymətləndirməsi mühüm hadisədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də ilk növbədə Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına, dinlər və mədəniyyətlər arasl dialoqa, humanist və ali dəyərlərin təbliği və qorunmasına verdiyi töhfələrə bağlıdır".