• cümə axşamı, 25 aprel, 19:13
  • Baku Bakı 21°C

Mehriban Əliyeva Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib

11.06.21 10:44 226
Mehriban Əliyeva Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib.
APA-nın məlumatına görə, başsağlığı paylaşımında deyilir:
"Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”

banner

Oxşar Xəbərlər