“Mehriban düşmən”lərin qatıq davası
"Strateji
müttəfiqlər” arasında bu dəfə kulinar-qastronomiya problemi qabardılıb. Məsələ hökumətlərarası
komissiyasının iclasında müzakirə ediləcək. Problemin həlli üçün birgə işçi
qrup yaradılıb
Gürcüstan və Ermənistan strateji müttəfiqlik və dostluqdan danışıb, sazişlər imzalayıb, bəyanatlar versələr də, iki dövlət arasında problemlər qalır. Bu problemlər kilsələrdən tutmuş, ərazi iddiası kimi geniş bir spektri əhatə etməkdədir. SSRİ dağıldıqdan sonra isə gərginlik daha qabarıq şəkildə üzə çıxdı. 90-cı illərdə güclənən problemlər o yerə çatdı ki, ermənilər batalyonlar yaradıb separatçı Abxaziyada döyüşərək yüzlərlə gürcünü qanına qəltan etdilər. Separatçı Cavahetiya bölgəsindəki erməni əhalisinin mütəmadi narazılıqlarını da iki dövlət arasındakı narazılıqlar siyahısına daxil etmək olar. Gürcü hakimiyyəti erməniləri vaxtında susdurmaqla problemin böyüməsinə imkan vermədi. Buna baxmayaraq, mütəmadi olaraq erməni deputatları, partiya liderləri bölgədə separatizm yaymaqda davam edir. Gürcüstanla Ermənistan arasında bu dəfə yaşanan problem isə sözün əsl mənasında tragikomikdir.
Kulinar-qastronomiya problemi
İki qonşu arasında narazılıq bu dəfə kulinar-qastronomiya sahəsindədir. Gürcüstan Ermənistanda istehsal olunan "Matsun” əmtəə nişanlı süd məhsulunun (qatıq) öz ərazisi vasitəsilə Rusiyaya tranzitini qadağan edib. Bildirilib ki, buna səbəb Gürcüstanın "Matsoni” adını özünün coğrafi göstəricisi kimi qeydiyyata almasıdır. Ermənistan istehsalçıları "Matsun"u Rusiyaya Gürcüstan üzərindən "erməni dağ yoqurtu” adı altında ixrac etməyə məcbur olublar. Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkə hələ 2011-ci ildə "Matsoni” adının qeydiyyatı ilə bağlı Avropa İttifaqı və Gürcüstanın müvafiq orqanlarına etiraz bildirsələr də, bu, diqqətə alınmayıb. Qeyd olunub ki, Ermənistan hökuməti gürcü həmkarları ilə coğrafi göstəricilərin istifadəsinin dəqiqləşdirilməsi üzrə danışıqlar aparır. Ermənistanın süd məhsulları istehsalçıları bildiriblər ki, Gürcüstan "Matsoni” adını coğrafi göstərici kimi çoxdan qeydiyyata alıb və son zamanlara qədər heç bir tələb irəli sürülməyib.
"Gəlin Ermənistana müharibə elan edək”
Gözə görünən, dişə çəkilən nə varsa...
Rusiyanın "Nezavisimaya
qazeta” nəşri də dərhal baş verənlərə görə gürcü tərəfini ittiham etməyə
tələsib. Qəzet gürcü tərəfinin arqumentlərinin qəribə səsləndiyini iddia edib.
Onu da qeyd edək ki, gürcülər bu süd məhsulunu Fransa istehsalı şampan və
konyakla yanaşı qoyurlar. Xatırladırlar ki, "Matsoni”
adı Gürcüstanda coğrafi anlayış kimi qeydiyyata alınıb. Rusiya nəşri
tələm-tələsik belə bir yaşayış məntəqəsinin, həqiqətən də, mövcud olub-olmaması
barədə araşdırma aparıb və "müəyyən” edib ki, bu adda nə region, nə yaşayış
məntəqəsi, hətta onun oxşarı belə yoxdur. Müəllif gürcülərin yanaşmasının
anlaşılan olmadığını, ardınca da "qatıq” mübahisəsinin kökündə iki dövlətin
əbədi mübahisələrinin durduğunu göstərib. "Kim daha qədimdir, birinci kim nəyi icad
edib, nəyin kimin mətbəxinə aid olması ilə bağlı mübahisə gürcülərlə ermənilər
arasında çoxdandır ki, gedir” - deyə qəzet yazır. "Son illərdə turizm və
ticarətin inkişafı ilə yeməklərin və içkilərin köhnə adlarının təbliğat
brendinə çevrilməsi də burada rol oynayıb. Məhz o illərdə də ehtiraslar (???) xəngəl, xaçapuri və
sucuqun hansı millətin nümayəndəsi tərəfindən icad edildiyi mövzusunda gedib. Üzümçülüklə
bağlı mübahisələr isə daha ağrılı forma alıb. Ermənilər gürcülərdən özünəməxsus
formada qisas alıblar. Qəfil iddia etməyə başlayıblar ki, qoz, fındıq və üzüm
bəhməzindən hazırlanan şirin çurçxeli onlara məxsusdur. Mübahisə hələ də rəsmi
şəkildə həllini tapmayıb. "Matsoni” ilə bağlı vəziyyət isə tragikomikdir.
Məhsulu ilk olaraq ermənilərin və ya gürcülərin icad etdiyini sübut etmək, əti
odda ilk dəfə kimin qızartması məsələsi qədər absurddur. Buna baxmayaraq, fakt
budur ki, Ermənistanın "matsun” adlı məhsulunu Gürcüstan ərazisindən daşımaq
hüququ yoxdur”, - deyə məqalədə vurğulanır.
Qatıq mübahisəsi ilə bağlı
birgə işçi qrup yaradılıb
Baş verənlər göstərir ki, Ermənistan Gürcüstanın
müstəqilliyi üçün əbədi və başlıca təhdiddir. Erməni diaspor təşkilatlarının antigürcü
fəaliyyətləri Gürcüstan dövlətinin altına qoyulmuş minadır. Rəsmi Tbilisi
təsirli tədbirlərini gücləndirməlidir. Əks təqdirdə, bir neçə ildən sonra
Gürcüstan daha böyük problemlərlə və qanlı hadisələrlə üz-üzə qala bilər.