• çərşənbə, 24 Aprel, 23:36
  • Baku Bakı 23°C

“Məhkəmələrdə nümayəndəlik” adlı praktik təlim keçirilib

26.05.14 15:44 1203
“Məhkəmələrdə nümayəndəlik” adlı praktik təlim keçirilib
Corporate Legal Consultancy (CLC) şirkəti Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birgə ali məktəb tələbələri, ali təhsilini yeni başa vurmuş və iş üçün müraciət edən şəxslərin praktik biliklərinin artırılması məqsədilə “Məhkəmələrdə nümayəndəlik” praktiki təlimini uğurla başa çatdırıb. Təlimdə ali məktəblərin 10-a yaxın tələbə və məzunu iştirak edib.
Təlim bilavasitə praktik vərdişlərin formalaşdırılması istiqamətində aparılıb. CLC şirkətinin direktoru Pərviz Məmmədov bu barədə “Kaspi”yə bildirib ki, təlimi keçirməkdə məqsəd ali təhsil məktəblərində təhsil alan tələbələrə təhsil aldığı dövrdə paralel olaraq praktiki biliklər əldə etməsidir. Onun sözlərinə görə, tələbələrin peşəkar karyeralarına uğurlu start verməsi üçün praktiki biliklərə yiyələnməsi çox vacibdir. Ona gör də CLC Hüquq Şirkəti və ARPA birgə bu cür tədbirləri mütəmadi olaraq keçirməyi planlaşdırır.
Qeyd edək ki, CLC hüquq şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət isitqamətlərindən biri də borcların yığılmasında banklara, lizinq şirkətlərinə və nisyə satış həyata keçirən şirkətlərə kömək etməkdir. CLC hüquq şirkəti Korporativ Sosial Məsuliyyət yönümlü layihələrdə fəal iştirak edir.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər