• çərşənbə axşamı, 19 mart, 12:15
  • Baku Bakı 8°C

Məhəmməd Babanlı: “Hidrogen enerjisinə dair yeni elmi proqram hazırlanır”

23.01.22 13:40 391
Məhəmməd Babanlı: “Hidrogen enerjisinə dair yeni elmi proqram hazırlanır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutu hidrogen enerjisinə dair elmi proqram üzərində işləyir.
"Report”xəbər verir ki, bunu İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı deyib.
Onun sözlərinə görə, institut həmçinin bu sahədəki metodların təkmilləşdirilməsi ilə də məşğuldur: "Son dövrdə qarşıya qoyduğumuz əsas məsələlərdən biri də hidrogen energetikası problemlərinin həllinə öz töhfələrimizi verməkdir. Hazırda bununla bağlı İnstitutumuzda yeni elmi proqram işlənib hazırlanmaqdadır. Burada hidrogenin alınması və saxlanılması-akkumulyasiyası metodlarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılması nəzərdə tutulur.
Digər bir mühüm istiqamət katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, sənaye əhəmiyyətli müxtəlif proseslər üçün yeni effektiv katalitik sistemlərin yaradılması və tətbiqidir. İnstitumuzun Avropanın bir sıra elmi mərkəzləri ilə birgə layihəsi Horizon-2020 beynəlxalq proqramı üzrə müsabiqənin qalibi olub və alimlərimiz bu istiqamətdə geniş tədqiqatlar aparırlar. Bu tədqiqatların nəticələri həm elmi, həm də böyüktətbiqi əhəmiyyət kəsb edir, və onların Sumqayıt Etilen-Polietilen Zavodunda tətbiq olunacağı gözlənilir.
Başqa bir istiqamət – kimya texnologiyası və kimya proseslərinin modelləşdirilməsi üzrə də institutumuzda əhəmiyyətli nəticələrə imza atılıb.İnstitumuzda aparılan fundamental tədqiqatlarla yanaşı, bəzi tətbiqi işləri də qeyd etmək istəyirəm. Ölkəmizdə olan çoxsaylı hidrotexniki qurğuların korroziya vəziyyətinin monitorinqi və onların korroziyadan mühafizəsi sahəsində ciddi işlər görmüşük. Bu işlərin respublikamız üçün böyük önəmini nəzərə alaraq, Prezident İlham Əliyevin sərəncamı ilə institumuza bu istiqamətdə tədqiqatları genişləndirmək üçün 500 min manat xüsusi vəsait ayrılıb. Bu sahədə ölkəmizin bütün regionlarında monitorinq və tədqiqatlar aparılmaqdadır, həmin tədqiqatlarınişğaldan azad olunmuş ərazilərimizdə də aparılması nəzərdə tutulur”.
banner

Oxşar Xəbərlər