• cümə axşamı, 25 aprel, 03:15
  • Baku Bakı 19°C

Mediada intihar xəbərlərinin yazılması bu halları daha da artırır - Psixoloq

23.07.21 13:20 232
Mediada intihar xəbərlərinin yazılması bu halları daha da artırır - Psixoloq
Mediada intihar xəbərlərinin yazılması bu halları daha da artırır.
Trend-in məlumatına görə, bunu psixoloq Orxan Farəcli bildirib.
Onun sözlərinə görə, xarici ölkələrin təcrübəsinə əsasən, nə qədər çox intihar xəbəri verilirsə, intiharlar da artır: "Bu bizdə də belədir. Zaman-zaman intihar tezliklərində dəyişim müşahidə olunur. Təcrübələr göstərir ki, müharibə dövründə intiharlar azalsa da, müharibədən sonra artır. 100-dən çox ölkədə aparılan tədqiqatlar göstərir ki, intihar "yoluxucudur".
Ona görə də intihar xəbərləri verilərkən detallara girilməməlidir.İntiharın metodu və yerini göstərmək, intihar məktubunun məzmununu paylaşmaq, intiharı cazibədar və romantikləşdirmək olmaz. Mütləq intihar səbəbini sadələşdirmək və ya spekulyasiya etmək lazımdır".
O deyib ki, bütün intihar cəhdləri ciddi qəbul olunmalıdır: "Əgər cəhd özünəqəsdlə nəticələnməyibsə və şəxsin həyatı qurtarılıbsa, bunu xəbərə çevirmək olmaz".
O. Fərəcli bildirib ki, suisid zamanı kişilər qadınlarla müqayisədə daha qəddar üsullara əl atırlar.
banner

Oxşar Xəbərlər