• cümə, 29 Mart, 10:40
  • Baku Bakı 5°C

Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək

15.11.18 13:00 691
Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək
Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Bunların sırasına media nümayəndələri üçün keçiriləcək "İntellektual kubok” da daxildir.
AZƏRTACxəbər verir ki, turnirdə iştirak edəcək idman jurnalistləri və klubların media nümayəndələri Avropa Liqasının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. "İntellektual kubok”da 20 komandanın iştirakı nəzərdə tutulub.
Hər komandanın heyətində minimum 3, maksimum 5 oyunçu mübarizə apara bilər.
Eyni komandanın üzvləri müxtəlif mətbuat orqanlarını təmsil edə bilər.
Tədbirin sonunda bütün media nümayəndələrinə sertifikatlar təqdim olunacaq. Qalib komanda isə təşkilatçılar tərəfindən dəyərli hədiyyələr qazanacaq.
"İntellektual kubok” dekabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər