• şənbə, 27 Aprel, 08:04
  • Baku Bakı 12°C

Media.az xəbər portalı beş yaşını qeyd edir

01.03.23 15:35 1953
Media.az xəbər portalı beş yaşını qeyd edir

Bu gün Media.az xəbər portalının beş yaşı tamam olur.

"Report" xəbər verir ki, sayt 2018-ci il martın 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində populyarlıq qazanıb.

Rus dilində xəbərlər dərc edən Media.az 24 saat fasiləsiz işləyir.

Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran portal geniş oxucu auditoriyasına malikdir.

Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur.

Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti, aparıcı sosial şəbəkələrdə fəal iş sayəsində Media.az Azərbaycanın media məkanında layiqli yerini tutub.

"Report" İnformasiya Agentliyinin kollektivi Media.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

banner

Oxşar Xəbərlər