• şənbə, 20 Aprel, 10:39
  • Baku Bakı 14°C

“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub

19.10.21 18:42 445
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin "Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kaspi.az-a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.
Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.
Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.
banner

Oxşar Xəbərlər