• cümə, 29 Mart, 00:04
  • Baku Bakı 7°C

“Mədəni və dini müxtəliflik Tbilisinin ən qədim adətlərindən biridir”

21.03.19 19:15 480
“Mədəni və dini müxtəliflik Tbilisinin ən qədim adətlərindən biridir”
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meriKaxa KaladzeGürcüstan müsəlmanlarını Novruz bayramı münasibətilə təbrik edib.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhər başçısı ölkənin müsəlman vətəndaşlarına sülh və çiçəklənmə arzu edib.
Onun sözlərinə görə, Tbilisidə milli, etnik, mədəni, dini müxtəliflik və onlara hörmət şəhərin ən qədim adətlərindən biridir: "Biz bu adət-ənənəni qoruyub saxlamalı və nümayiş etdirməliyik. Arzu edirəm ki, həyatımız daha tolerant və sevgi dolu olsun”.
K.Kaladze bu gün Tbilisidən azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna qədər olan avtomobil yolunda başa çatdırılmış təmir-tikinti işləri ilə tanış olub.
banner

Oxşar Xəbərlər