• cümə axşamı, 18 aprel, 16:02
  • Baku Bakı 22°C

MDB Sərhəd Qoşunları komandanları Daşkənddə bir araya gələcəklər

26.03.19 20:14 481
MDB Sərhəd Qoşunları komandanları Daşkənddə bir araya gələcəklər
Martın 28-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası keçiriləcək.
AZƏRTACxəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistanın sərhəd qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Görüşdə Mərkəzi Asiya regionunda MDB-nin xarici sərhədlərindəki vəziyyət, 2021-2025-ci illərdə Birliyin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlıq proqramının layihəsi müzakirə olunacaq. Həmçinin 2020-ci ildə Şuranın iş planının layihəsi, birgə xüsusi sərhəd əməliyyatlarının hazırlanması və keçirilməsi planı və digər məsələlər də diqqət mərkəzində olacaq.
İclasda, həmçinin müvafiq sahədə birgə elmi-tədqiqat fəaliyyətinin aparılması, bir sıra təşkilati və kadr məsələlərinə də baxılacaq.
banner

Oxşar Xəbərlər