• cümə, 29 Mart, 13:03
  • Baku Bakı 14°C

MDB Oyunlarında Ermənistan Azərbaycana rəqib olmayacaq

06.07.20 14:51 937
MDB Oyunlarında Ermənistan Azərbaycana rəqib olmayacaq
Ermənistan idmançıları MDB ölkələrinin Oyunlarında iştirak etməyəcək.
Apasport.az saytının məlumatına görə, bu, iştirakçıların bədən tərbiyəsi və idman üzrə rəhbər dövlət orqanlarının I MDB Oyunlarına hazırlıq və keçirilməsi ilə bağlı görüşündə açıqlanıb.
Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan yarışa qatılmamağın səbəbini koronavirus pandemiyası ilə izah edib: "Təəssüf ki, yaranmış vəziyyətlə bağlı ölkəmiz MDB ölkələrinin Oyunlarında iştirak edə bilməyəcək”.
Qeyd edək ki, Azərbaycan idmançılarının da qatılması gözlənilən ilk Oyunlar sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçiriləcək.
banner

Oxşar Xəbərlər