• cümə, 29 Mart, 09:59
  • Baku Bakı 5°C

MDB müşahidə missiyası: Belarusdakı seçkilər şəffaf keçib

10.08.20 14:00 644
MDB müşahidə missiyası: Belarusdakı seçkilər şəffaf keçib
"Belarusdakı prezident seçkiləri şəffaf, rəqabət ortamında keçib, vətəndaşların iradələrini bildirməyi təmin edib”.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu müşahidə müssiyasının rəhbəriSergey Lebedevdeyib.
Qeyd edək ki, ötən gün Belarusda prezident seçkilərikeçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə,ilkin nəticələrə görə, hazırkı prezidentAleksandr Lukaşenko6-cı dəfə qalib olub. Bunun nəticəsindəölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibiSvetlana Tixanovskayagüc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədriLidiya YermoşınaHökumət evindən təxliyə edilib.
banner

Oxşar Xəbərlər