• çərşənbə axşamı, 16 aprel, 10:17
  • Baku Bakı 14°C

MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək

21.08.19 16:45 11336
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
MDB Dövlət Başçıları Şurasının iclasının cari il oktyabrın 11-də Aşqabadda keçirilməsi planlaşdırılır.
AZƏRTACxəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyində MDB İcraiyyə Komitəsi sədrinin müavini Sergey İvanov ilə görüş keçirilib. Görüşdə bu il Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Türkmənistanın sədrliyi dövründə MDB ilə beynəlxalq təşkilatlar arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi, ticari-iqtisadi əməkdaşlığın və dünya iqtisadi münasibətlərin genişləndirilməsi məsələləri prioritet kimi müəyyənləşdirilib.
banner

Oxşar Xəbərlər