• cümə, 26 Aprel, 00:52
  • Baku Bakı 16°C

Maykl Pompeo: "İrana qarşı təzyiqlər davam edəcək"

22.03.19 13:00 415
Maykl Pompeo: "İrana qarşı təzyiqlər davam edəcək"
"ABŞ İranın Yaxın Şərqdəki nüfuzunu azaltmaq üçün bu ölkəyə sanksiyalar vasitəsilə təzyiqlərini davam etdirəcək".
"Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibiMaykl Pompeo"Fox News”a müsahibəsindəbildirib.
"Mövcud administrasiya Yaxın Şərqdə əhatə dairəsini genişləndirməyə çalışan İrandan gələn çoxlu sayda təhdidlərin qarşısını almaq üçün ciddi səylər göstərir. Bundan sonra da məhz belə davranacağıq.Biz indidən İraqdakı yaraqlıları, İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli rəhbərlərini, habelə husi qiyamçılarına, HƏMAS-a, "Hizbullah”a yardım üçün qanunsuz vəsait axınlarında əli olan maliyyə təşkilatlarını, maliyyəçi agentləri ayırd etmişik”, -deyə Ağ Ev rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən ay ABŞMaliyyə Nazirliyiİrana qarşı sanksiya siyahısına bu ölkənin iki qurumunun, onlarla bağlı olan səkkiz fərdi şəxsin, həmçinin SEPAH-a bağlı olan daha bir fərdi şəxsin adlarını salmışdı.
banner

Oxşar Xəbərlər