AZE | RUS | ENG |

Maya Bağırovanın “Paris”i - Fotolar

Maya Bağırovanın “Paris”i - Fotolar
Bakıda Frankofoniya Həftələri çərçivəsində "Art Tower” qalereyasında, məşhur fransız jurnalı "Paris Match”ın əməkdaşı, azərbaycanlı fotoqraf Maya Bağırova "Paris” layihəsinin 22 əsərini sərgidə nümayiş etdirdi.

Sərgi Fransanın Azərbaycandakı Səfirliyinin və Azərbaycanda Fransız İnstitutunun "Art Council Azərbaycan" təşkilatı ilə əməkdaşlığı çərçivəsində bir təşəbbüsüdür. Qeyd edək ki, Maya Bağırova Bakıda anadan olmuş azərbaycanlı sənətkardır. O, fotoqraf kimi Muğam Mərkəzində işləməyə başlayıb. 2016-cı ildə Parisə köçüb və 2017-2019-cu illərdə təhsilini "Paris Match" jurnalının tərəfdaşı olan "Spéos” məktəbində davam etdirib. O, 2018-ci ildə məşhur Paris Match-ın tələbərlər üçün təsis edilən Grand Prix mükafatının qalibi olub və bu həftəlik jurnalda fotoları dərc olunan ilk azərbaycanlıdır.
 
 

Azərbaycanda ilk dəfə təqdim olunan "Paris" sərgisi Maya Bağırovanın tanımadığı və dilini bilmədiyi paytaxtda bir əcnəbi kimi ilk təəssüratlarını başqa bir formada təqdim edir. Sərgi iştirakçıları nümayiş edilən fotoşəkillərlə Parisin gözəlliyinin canlı şahidi oldular.
 
 

Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşez qeyd etdi ki, sərgi 14 səfirliyin birgə dəstəyi ilə ərsəyə gəlib: "Maya Bağırova Fransaya oxumağa gedəndə fransız dilini bilmirdi. Ancaq o artıq bu dildə danışır. O Fransada oxuduğu müddətdə nüfuzlu mükafatlara layiq görülüb. Maya hər il Luvrda keçirilən Fransa Milli Gözəl Sənətlər Birliyinin sərgisində mükafat qazanıb. Onun çəkdiyi fotolar yaşadığı, hiss elədiyi Fransadır. Şəkillərə baxınca Paris haqqında təsəvvürləriniz yarana bilər”.
 
 

Bu günə qədər yalnız qrup sərgilərində iştirak etdiyini deyən Maya Bağırova ilk fərdi  sərgisinin keçirildiyinə görə özünü xoşbəxt hiss etdiyini söylədi: "Bu turistik Paris deyil, fərqli Parisdir. Fransanın ab-havasını, gözəlliyini bu rəsmlərdə müşahidə etmək olur. Sərgidə  təqdim olunan fotolar həyatımın Fransada keçən ilk ilində çəkilən şəkillərdir. Mən hər gün gəzməyə çıxır və şəkil çəkirdim, fotoaparatım mənimlə idi. Bu şəkillərdə öz gözlərimlə gördüyüm Parisi çəkmişəm. Orada siz də öz dünyanızı tapa bilərsiniz”. 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779