• cümə, 29 Mart, 15:22
  • Baku Bakı 14°C

Maskalılar yanacaqdoldurma məntəqəsini taladılar

24.06.14 11:04 1117
Maskalılar yanacaqdoldurma məntəqəsini taladılar
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn 4 nəfər şəxs orada işləyən 26 yaşlı Elvin Kərimov və 21 yaşlı Röyal İsmayılovu tapançaya oxşayan əşya ilə hədələyiblər.
Sonra maskalı şəxslər yanacaqdoldurma məntəqəsinin işçilərinə küt alətlə xəsarət yetirərək seyfdə olan 5000 manat pulu və təhlükəsizlik kamerasının monitorunu götürərək oradan uzaqlaşıblar.
Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirir./apa/
banner

Oxşar Xəbərlər