• çərşənbə axşamı, 19 mart, 13:28
  • Baku Bakı 8°C

Maşınlardakı dərman qutusu və odsöndürənlə bağlı yeni xəbər

12.09.19 20:24 569
Maşınlardakı dərman qutusu və odsöndürənlə bağlı yeni xəbər
Nazirlər Kabineti "Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nı təsdiqləyib.
Trend-in məlumatına görə, bu sənəd nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) olan dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını müəyyən edir.
Təlmata görə, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər. Dərman qutusu nəqliyyat vasitəsində elə yerdə saxlanılmalıdır ki, ətraf mühitin təsiri (günəş şüaları və s.) onun içindəki dərman vasitələrinə zərər yetirməsin.
Bütün nəqliyyat vasitələrində odsöndürən sürücünün asanlıqla götürə biləcəyi yerdə quraşdırılmalıdır. Odsöndürən nəqliyyat vasitəsinin qapalı baqaj yerində quraşdırılmamalıdır.
banner

Oxşar Xəbərlər