
Masallıda fərdi yaşayış evində yanğın olub
Kriminal
24 Yanvar 2021, 09:15
183
Masallı rayonunun Binə Xocavar kəndində yanğın baş verib.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər