• çərşənbə axşamı, 23 aprel, 12:16
  • Baku Bakı 24°C

Masallıda baş verən yanğında bir nəfər ölüb

08.08.19 17:10 17294
Masallıda baş verən yanğında bir nəfər ölüb
Masallı rayonunun Musaküçə kəndində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar NazirliyindənAZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin üç otağı və dam örtüyü 70 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1926-cı il təvəllüdlü Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər