Marqaret Etvudun 100 il oxunmayacaq əsəri

Marqaret Etvudun İsveçdə təşkil edilən “Gələcək Kitabxanası” üçün yazdığı yeni roman yalnız 2114-cü ildə oxunacaq, çünki bu kitabxana üçün yazılan əsərlərin oxunmasına 100 il icazə verilməyəcək. “Guardian”-ın yaydığı xəbərdə deyilir ki, “Man Booker” mükafatlı yazar bunun bir xəyal qədər möhtəşəm, yoxsa kabus kimi arzuolunmaz olduğunuzu ayırd edə bilmir. Çünki Etvud oxucuların o əsər haqqındakı fikirlərini əsla bilməyəcək. Kitabxana layihəsini şotlandiyalı rəssam Keyti Paterson idarə edir.
Xatırladaq ki, bu qəribə layihə cari ilin mart ayında Norveçin paytaxtı Oslo yaxınlarında min ağac əkilməsi ilə başladı. Bu ağacların növbəti 100 il ərzində böyüyüb, kəsilib, kağız olması və indi 100 müəllifin qələmə aldığı və 2114-cü ilə kimi gizli saxlanılacaq 100 əsərin həmin ağaclardan hesabına nəşr olunması planlaşdırılır. Kitabxanaya növbəti 100 il ərzində hər il bir yazarın əsəri daxil ediləcək, bu təklifi alan ilk yazar isə Etvud olub: “Belə təklifə ya dərhal hə deməlisiniz, ya da dərhal yox. Üzərində uzun-uzun düşünmək imkanınız olan bir şey deyil. Bu, qəribə şəkildə uşaqlığı xatırladan layihədir. Uşaq olanda evin hansısa küncünə, bağçasına gizli-gizli xırda şeylər gizlədirsiniz, haçansa torpağı qazıb, gizlətdiklərinizi tapacağınızı ümid edirsiniz. Bir az ona oxşar bir duyğu yaratdı məndə ilk dəfə eşidəndə... Yazdıqlarınız yaxşı reaksiyalar alanda, bütün tərifləri naşirlər qəbul edir. Amma tənqidlərin hamısı birbaşa yazarın özünə göndərilir. Ən azından bunu görməyəcəm”. Əsərlər Osloda 2018-ci ildə açılacaq “Deichmanske Xalq Kitabxanası”-nda qorunacaq.