• çərşənbə, 17 Aprel, 03:15
  • Baku Bakı 14°C

Mark Esper: "NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq"

14.10.19 12:30 399
Mark Esper: "NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq"
NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziriMark EsperTürkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatını şərh edərkən deyib.
"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.
Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin "çətinləşə" biləcəyindən narahatlığını ifadə edib. "Hazırda biz oradan (Suriyanın şimalından – red) azı1000əsgərimizin təhlükəsiz çıxarılması üzərində işləyirik.Mən bununla əlaqədar olaraq hər hansı qrafik səsləndirmək istəmirəm, orada vəziyyət hər saat dəyişir", - o qeyd edib.
Esper vurğulayıb ki, mexanikləşdirilmiş bölmələr, artilleriya və ABŞ aviasiyası "15 minlik türk qüvvələrinə" mane olmayacaqlar.
banner

Oxşar Xəbərlər