• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

Mariya Zaxarova: “Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü”

27.01.23 12:51 573
Mariya Zaxarova: “Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü”

“Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü”.

Kaspi.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum anını əks etdirən videogörüntüləri şərh edərkən yazıb.

Xatırladaq ki, daha əvvəl Zaxarovanın Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olmasından şoka düşdüyünü yazmışdı. 

“Azərbaycanlı həmkarlarımıza başsağlığı verir və dəstəyimizi ifadə edirik!”, - paylaşımda deyilirdi. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

banner

Oxşar Xəbərlər