AZE | RUS | ENG |

Mario İzola: Bakı Şəhər Halqası təkər strategiyası baxımından çətin trekdir

Mario İzola: Bakı Şəhər Halqası təkər strategiyası baxımından çətin trekdir
"Pirelli" şirkətinin rəsmi veb-səhifəsində "Formula 1 SOCAR Azərbayca Qran Prisi 2019” yarışı ilə bağlı təkər seçimlərinə dair məqalə yayımlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindın Trend-ə verilən məlumata görə, məqalədə qeyd olunur ki, Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri, küləkli və dəyişkən hava şəraiti və həmçinin trek ətrafındakı tikililərin trekdəki hava axınına və trek səthinin istiliyinə təsiri komandalara düzgün təkər strategiyasının qurulmasında çətinlik törədir.
Məqalədə aşağıdakı faktlara yer verilib:
"Bakı Şəhər Halqası ən uzun və ən sürətli şəhər trekidir. Yüksək sürət, kəskin döngələr və ensiz hissələr bu trekdə qəzaları qaçılmaz edir. Nəticədə təhlükəsizlik maşını trekə daxil olur. Digər tərəfdən, Formula 1 trekləri içində ən uzun sürətlənmə düzlüyü buradadır və bu düzlük təkərlərin istiliyini aşağı salır. Bundan başqa, şəhər treki olduğunu görə burada səth hamardır və bu da öz növbəsində təkərlərin asfalta möhkəm ilişməsinə mane olur.

Bakı həm də "küləklər şəhəri” kimi tanınır və külək bolidlərin aerodinamikasına böyük təsir göstərir. Trekin ətrafında çox mərtəbəli binaların olması bu bina aralarından trekə müxtəlif istiqamətlərdə güclü hava axınının daxil olmasına səbəb olur. Başqa tərəfdən, yarış 16:10-da başlayır və trek səthində temperatur tezliklə aşağı düşə bilir. Ümumiyyətlə indiyədək Bakıda keçirilmiş Qran Pri yarışları həm çox isti, həm də sərin hava şəraitində baş tutub. Qeyd olunan bu səbəblər Bakı üçün sabit strategiyanın qurulmasını mümkünsüz edir".
Bunları nəzərə alan "Pirelli" şirkəti Çində baş tutmuş sonuncu yarışda olduğu kimi Bakı yarışında da komandalara oxşar təkər seçimlərini təklif edir: sərt, orta və yumşaq. Komandalar artıq öz seçimlərini ediblər. İlk üçlükdə olan komandalardan "Red Bull" yumşaq təkərlərə daha çox üstünlük verib, "Mercedes" və "Ferrari" komandaları isə bu təkər növünə öz seçimlərində az yer veriblər.
"Pirelli" şirkətinin Formula 1 üzrə yarış meneceri Mario İzola Azərbaycan Qran Prisi üçün düzgün təkər seçimi etməkdə çətinlik çəkdiyini bildirib: "Bakıda pilotları gözləyən əsas çətinlik ön və arxa təkərlərin düzgün istiqamətdə işləməsini təmin edən oxların balansını saxlamaqdır. İki kilometrlik sürətlənmə düzlüyü və müxtəlif texniki xüsusiyyətli döngələri ilə fərqlənən Bakı trekində tez-tez təhlükəsizlik maşınını görürük. Bu, bəzi komandaların işinə mane olsa da, bəzilərinin strategiyasına xidmət edir.
Yarış üçün seçdiyimiz təkər növləri Bakının müxtəlif tələblərinə tam uyğun olmalıdır. Bununla belə Azərbaycan Qran Prisi düzgün təkər seçimi etmək baxımından təqvimin ən çətin yarışlarından biridir. Bu, bütün şəhər trekləri üçün xarakterik xüsusiyyətdir. Lakin Bakı treki uzunluğu və yüksək sürət yığmaq imkanı baxımından Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir”.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779