• şənbə, 20 Aprel, 07:28
  • Baku Bakı 14°C

Maraq göstərən çoxdur, baha satmaq istəyirlər

16.04.20 12:00 670
Maraq göstərən çoxdur, baha satmaq istəyirlər
"Tottenhem” stadionunun adını rekord məbləğə sata bilər.
Kaspi.az xəbər verir ki, stadionun adını almağa elektron mallar istehsalçısı "Amazon” şirkəti maraq göstərir. Məlumata görə, artıq şirkət əməkdaşları klub rəhbərliyi ilə danışıqlar aparıblar.
Amma o da bildirilir ki, stadionun adına digər məşhur kompaniyalar da maraq göstərirlər. Məsələn, "Nike” da ad uğrunda mübarizəyə qoşulmaq niyyətindədir.
Bu fürsətdən yararlanmaq istəyən klub rəhbərliyi rekord məbləğdə müqavilə bağlamaq istəyirlər. Məlumata görə, klub prezidenti Daniel Levi stadionun adı üçün mövsüm ərzində 29 milyon avroluq müqavilə bağlamağı planlaşdırır. Müqavilə 10 illik nəzərdə tutulur.
Məlumata görə, bu şərti "Amazon” qəbul etməyə hazırdır. Şirkətlə "Tottenhem” arsında ilkin əməkdaşlıq da olub. Bu mövsüm klubla bağlı müşətərək sənədli film çəkilib.
banner

Oxşar Xəbərlər