AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Maradona üçün təcili yardım yarım saatdan sonra gəlib

Maradona üçün təcili yardım yarım saatdan sonra gəlib

İdman
26 Noyabr 2020, 16:58 255
Ötən gün vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradona üçün təcili yardım gec gəlib.

"Report" xəbər verir ki, bu barədə onun vəkili Matias Morla tvitterdə yazıb.

O bildirib ki, təcili yardım gəlməsi 30 dəqiqədən çox çəkib. Morla bunu axmaqlıq adlandırıb. "Bu, nəticəsiz qalmamalıdır. Bütün halların sona qədər araşdırılmasını istəyəcəyəm".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.