• şənbə, 20 Aprel, 09:31
  • Baku Bakı 14°C

Manaf Ağayev polisə çağırılıb

21.02.20 19:36 2900
Manaf Ağayev polisə çağırılıb
Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.
Bu barədəAPA-ya BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.
Xatırladaq ki, bir müddət əvvəl ATV telekanalında yayımlanan "Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.
banner

Oxşar Xəbərlər