Makron və Putinin ortaq Qarabağ marağı - TƏHLİL
"Ermənilərin son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozur və bir qayda olaraq bunu yenə Azərbaycan tərəfinin üzərinə qoymağa cəhd edirlər. Təbii ki, Azərbaycan ordusu ermənilərin təxribatlarını cavabsız buraxmır və erməniləri susdururlar.Qarşı tərəfin indki şəraitdə fəallaşması maraq doğurur və bunu bir neçə istiqamətdə izah edirlər. Bəzi siyasətçilər hazırki status-kvodan razı qalmayan və revanşizmə meylli qüvvələrin bu hadisələrdə əli olduğu barədə fikir bildirir, bəziləri isə Paşinyana müxalif qüvvələrin onun apardığı siyasəti pozmaq cəhdi kimi qiymətləndirirlər.Düşünürəm ki, erməni hərbçilərinin fəallaşmasının Fransa prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin "fəallaşması” ilə üst-üstə düşməsi sərhəddə baş verən hadisələrə birbaşa təsir edir. Bu hər iki erməni havadarı Azərbaycan-Ermənistan arasında vəziyyətin gərgin olaraq qalmasında maraqlıdırlar. Rusiya qarışıqlıqdan istifadə edərək Ermənistana özünə daha çox bağlamaq, öz hərbçiləri və sülhməramlılarının statusunu daha da genişləndirmək məqsədi güdür".
Kaspi.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.
O qeyd edib ki,Fransa ATƏT-in Minsk qrupunun donduurulmuş fəaliyyətinin buzunu əritmək istəyir: "Onun bu marağı göründüyü kimi heç də Rusiyanın marağı ilə üst-üstə düşmür. Çünki ATƏT-in Minsk qrupunun fəallaşması Rusiyanın fəaliyyətinin zəifləməsi ilə müşayiət oluna bilər ki, bu da Rusiyanın həzm edə bilməyəcəyi hadisədir.Digər tərəfdən, bu hər iki dövlət Əfqanıstanda baş verən hadisələrin əks–sədasının bizim regiona da gəlib çıxmasından narahatdır. Onlar Talibanın hakimiyyətə gəlməsi nəticəsində yaranan hərc-mərclik, Pakistan və Türkiyənin mövqelərinin möhkəmlənməsindən ehtiyat edirlər. Çünki, Azərbaycana qardaş və dost olan bu ölkələrin güclənməsi elə Azərbaycanın bütün sahələrdə olduğu kimi Azərbaycan-Ermənistan cəbhəsində də güclənməsinə birbaşa təsir edəcək. Bu şəraitdən istifadə edən Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək missiyasını davam etdirə bilər".
Politoloq qeyd edib ki, istənilən halda, cəbhədə atəşkəsi pozmaqda maraqlı olan qüvvələrin məqsədlərindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünün bundan sonra da ən yüksək səviyyədə qorunmasında tələb olunan bütün tədbirləri görəcək.
Alpər TURAN