• cümə, 29 Mart, 12:25
  • Baku Bakı 14°C

Makron Ruanda soyqırımına görə Fransanın məsuliyyət daşıdığını etiraf edib

27.05.21 15:00 303
Makron Ruanda soyqırımına görə Fransanın məsuliyyət daşıdığını etiraf edib
Fransa Prezidenti Emmanuel Makron Ruanda soyqırımına görə ölkəsinin məsuliyyət daşıdığını etiraf edib.
APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Ruandanın paytaxtı Kiqalidə 250 mindən çox tutsinin dəfn olunduğu soyqırımı abidəsinin qarşısında çıxış edən E. Makron bildirib ki, Fransa uzun illər susmağı Ruandadakı həqiqətdən üstün tutub.

Fransa Prezidenti soyqırımına görə Ruanda xalqından üzr istəyib.
Qeyd edək ki, Fransa ilə Ruanda arasında münasibətlər 1994-cü ildən – soyqırımın baş verməsindən sonra pisləşib. Ruanda dəfələrlə Fransanı 800 min tutsi və hutunun ölümünə səbəb olan soyqırımında iştirakda günahlandırıb.
Bu ilin martında Fransada açıqlanan hesabatda bildirilib ki, o zaman Fransa səlahiyyətliləri bu qırğınları əvvəlcədən görmədiyi üçün ciddi və böyük məsuliyyət daşıyırlar. Qeyd olunub ki, müstəmləkəçi yanaşma Fransa rəsmilərini "kor edib". Hesabatda bildirilib ki, Fransa 1994-cü ildə Ruanda hökumətini silahlandırıb, təlim keçib, təchiz edib və müdafiə edib.
Hesabata münasibət bildirən Ruanda Prezidenti Paul Kaqame deyib ki, bu hesabat ruandalılar üçün böyük məna ifadə edir.
"Biz Fransanın bu soyqırımında rolunu unuda bilmərik, lakin bağışlaya bilərik”, - deyə Ruanda dövlət başçısı vurğulayıb.
banner

Oxşar Xəbərlər