• çərşənbə axşamı, 23 aprel, 18:50
  • Baku Bakı 20°C

“Mahmudlu Hərbi Poliqonunda döyüş hazırlığının yüksəldilməsi üçün hər cür şərait var”

11.05.21 17:00 1140
“Mahmudlu Hərbi Poliqonunda döyüş hazırlığının yüksəldilməsi üçün hər cür şərait var”
"İşğalda olan torpaqlarımız azad edildikdən sonra sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə qısa müddət ərzində bir neçə hərbi hissə və sərhəd bölməsi inşa olunaraq sərhədçilərin istifadəsinə verilib”.
APA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi media-tur çərçivəsində Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mahmudlu Hərbi Poliqonunda olan jurnalistlərə DSX Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev deyib.
O bildirib ki, hazırda olduqları təlim mərkəzində bölmələrin döyüş hazırlığının, eləcə də şəxsi heyətin mövcud olan silahlardan və döyüş texnikasından səmərəli istifadə etmək bacarığının yüksəldilməsi üçün hər cür şərait yaradılıb: "Təlim mərkəzində mövcud olan döyüş texnikasının bir hissəsi düşməndən qənimət kimi götürülüb. Hazırda bu texnikalardan bölmələrin təlimlərində istifadə edilir. Onların arasında piyadaların döyüş maşını, T-72 tankı və zenit qurğusu var”.
banner

Oxşar Xəbərlər