• cümə axşamı, 28 mart, 23:45
  • Baku Bakı 13°C

Maduro COVID-19 peyvəndi qarşılığında istehsalçı ölkələrə neft vəd verib

29.03.21 10:45 449
Maduro COVID-19 peyvəndi qarşılığında istehsalçı ölkələrə neft vəd verib
Venesuela prezidenti Nikolas Maduro koronavirusa qarşı peyvənd qarşılığında onu istehsal edən ölkələrə neft tədarükünün mümkünlüyünü qəbul edir.
APATASS-a istinadən xəbər verir ki, belə bir açıqlamanı Maduro "Venezolana de Television” telekanalı vasitəsilə edib.
"Venesuelada neft tankerləri var, onun müştəriləri də var. Ölkə öz məhsullarının bir hissəsini ehtiyac olan peyvəndlərin tədarükünə zəmanət üçün ayıracaq. Peyvənd qarşılığında neft”, - prezident belə deyib.
Rəsmi məlumatlara görə, Venesuelada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxanların sayı 156 mini keçib, 1555 nəfər isə bu virusdan ölüb.

banner

Oxşar Xəbərlər